Icma.az
close
up
RU
Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?

Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Çində yeni virus yayılmağa başlayıb. Koronavirusun yayılmasından 5 il sonra ortaya çıxan virus ictimaiyyət arasında narahatlığa səbəb olub. Metapnevmovirus (HMPV) adlandırılan yeni virus Çinin şimal əyalətlərində, xüsusən də uşaqlar arasında yayılıb. Artıq Qazaxıstan və Qırğızıstanda yeni virusa yoluxanların olduğu bildirilir. Sosial media platformalarında Çindəki xəstəxanalarda maska ​​taxan insanların fotoşəkilləri yayılıb. Mətbuat yeni virusu “Covid”in ilkin yayılması ilə müqayisə edib.

Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Azərbaycan da daxil olmaqla bir neçə ölkə virusu və onun yayılmasını yaxından izləyir.  Səhiyyə Nazirliyindən bildirilib ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Nazirliyin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.

"Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır", - açıqlamada bildirilir.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva və infeksionist Vasif Əliyevlə həmsöhbət olub.

Pərvanə Vəliyeva bildirib ki, Çində yayılmağa başlayan yeni virus insanları qorxutmamalıdır:

“Yeni virusun COVİD-19 pandemiyası ilə oxşar cəhətləri Çində və yenə dekabr ayında peyda olması da insanlarda “bəlkə yeni pandemiyadır” sualı doğurur. Lakin mövsüm dəyişmələri ilə əlaqədar qripin bu kimi müxtəlif ştamları yayıla bilir. İnfeksion xəstəliklər, xüsusilə hava-damcı yolu ilə yoluxan xəstəliklər sərhəd tanımır. Əgər insan hərəkəti varsa, bir virus bir bölgədən başqa bir bölgəyə də yayıla bilər və ya bu qonşu ölkədə bir neçə şəxsdə də müşahidə oluna bilər. Ancaq bu o demək deyil ki, bu, pandemiyadır. Pandemiya bir infeksion xəstəlik epidemiyasının eyni anda çoxlu ölkələrdə, regionlarda, hətta materiklərdə aşkar edilməsidir. Bu isə onun sürətli yoluxma qabiliyyətindən xəbər verir. Həmçinin, pandemiyalar ölüm hallarının sayının yüksək olması ilə fərqlənir. Metapnevmovirus isə hazırda belə təhlükəyə malik deyil və daha çox 14 yaşadək uşaqlarda müşahidə olunur”.

Onun sözlərinə görə, qabaqlayıcı tədbirlərin görülməsi təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən hər bir ölkə növbəti pandemiyalara hazırlıqlı olmalıdır:

“Belə ki, kifayət qədər laboratoriya, tibb kadrları, xəstəxana çarpayısının olması vacibdir.Ölkəmizdə isə hazırda belə kəskin virus infeksiyasının yayılması müşahidə edilmir”.

Vasif Əliyev qeyd edib ki, Çində yayılan Metapnevmovirus artıq Qazaxıstan və Qırğızıstanda da qeydə alınıb:

“Bu virus "Pnevmavirid" ailəsinə aid olub, RSV virusu ilə eyni ailədəndir. Bu virus ilk dəfə 2001-ci ildə Hollandiyada aşkarlanıb. Sözügedən virus yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta prevmaniyaya səbəb ola bilir. Əsas vacib məqam hava-damcı yolu ilə yayılır, 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar yəni körpələr və immunsupressiv dərman istifadə edən xəstələr, orqan çatışmazlığı olan şəxslər xəstəliyi daha ağır formada keçirə bilirlər. Əsas əlamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, temperaturun yüksək olmasıdır. Təbii ki, bu əlamətlərlə başqa viruslar da görülə bilir. Ona görə də sadəcə əlamətlərə görə təyin etmək çətindir. Ancaq bunu ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu şəkildə xəstədə hansı virus olduğunu söyləmək mümkündür”.

V.Əliyevin sözlərinə görə, xəstəlik xüsusilə uşaqlarda və immunspressiv dərman istifadəçilərində ağır keçir:

“Belə şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir. Amma yetişkin və yanaşı xəstəliyi olmayan, uşaqlıqda bu xəstəliyi keçirən insanlarda təsiri daha yüngül formada keçir. Müalicəsi simptomatikdir, dəqiq bir antiviral yoxdur, ribavirin istifadə olunur, amma onun da digər antivirallardan hansısa üstünlüyü göstərilməyib. Eyni zamanda virusa görə peyvənd istifadəsi də araşdırma mərhələsindədir. Amma konkret olaraq təsdiqlənmiş hərhansı peyvənd yoxdur. Ona görə də simptomatik müalicə aparılır. Xəstəliyə yoluxmamaq üçün xəstə insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsini gözləmək, gigiyena qaydalarına əməl etmək, ehtiyac olduqda tibbi maskadan istifadə etmək lazımdır. Virusa yoluxmanın qarşısını almaq üçün ən etibarlı yol bunlardır. Xəstə insanlara tövsiyə edərdim ki, ev şəraitində qalsınlar, çünki onların izolyasiyası ən doğru addım olar. Həmin insanlar çox sürətli şəkildə virusu digərlərinə ötürə bilər. Unutmayaq ki, uşaqlar və immunspressiv xəstələr sağaldıqdan sonra belə virus daşıyıcısı ola bilər. Bu baxımdan sağalan insanları da gözətimdə nəzarət altında saxlamaq lazımdır. Xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müdaxilələr, xüsusilə də steroid istifadə edilməsi onun ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicə etməkdənsə, sadəcə simptomatik etmək ən doğru seçim olacaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see464

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see299

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see254

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see250

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see232

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see217

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see213

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see210

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see207

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see204

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see198

Fransa İraq matçı yarımçıq dayandırıla bilər

21 İyun 2026 16:51see190

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see188

“Qarabağ”da yeni müqavilə: KAPİTAN KOMANDADA QALDI

21 İyun 2026 15:21see188

Elita klublarına transfer qadağası

21 İyun 2026 19:43see184

“Goal” tarixin ən yaxşılarını seçdi Siyahıda kimlər var?

21 İyun 2026 19:33see183

Almaniyanın müdafiə naziri Hörmüz böhranına görə Trampı ittiham ETDİ

22 İyun 2026 00:02see180

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see175

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see170

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri