Yeni yol Astananı beynəlxalq nəqliyyat dəhlizi ilə birləşdirəcək
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstanın Kustanay vilayətində Astananı Arkalıq, Turqay və İrgizdən keçməklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ilə birləşdirəcək yolun tikintisi planlaşdırılır. Bununla yanaşı, Arkalıqda hava limanının bərpası da nəzərdə tutulub.
Avtosfer.az Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yeni “Mərkəz-Qərb” marşrutu Akmola, Kustanay və Aktobe vilayətlərinin ucqar rayonlarının nəqliyyat problemlərini həll edəcək, məsafə və səyahət vaxtı azalacaq.
Hazırda Astanadan qərb bölgələrinə uzanan marşrut 1438 kilometrdir və Astana - Atbasar - Yeşil - Kustanay - Karabutak – İrgiz istiqamətindədir. Janteke, Egindikol, Arkalyk və Torqaydan keçəcək yeni magistral yol bu marşrutu 865 kilometrə qədər azaldacaq. Bu, mövcud yolun xeyli qısalması deməkdir.
Eyni zamanda, tranzit potensialı da xeyli artacaq. Magistral Qazaxıstanın mərkəzi rayonlarından Trans-Xəzər marşrutuna çıxışı təmin edəcək, Astananın mövqeyini möhkəmləndirəcək və beynəlxalq daşımalarda onun rəqabət qabiliyyətini artıracaq.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Aprel 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















