Yeni Zelandiya Rusiya, Belarus, Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Zelandiya hakimiyyəti Rusiya və Belarusun bəzi şirkət və vətəndaşlarına, eləcə də Şimali Koreya və İran vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters bəyanat verib.
Onun sözlərinə görə, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli olan müəssisə və şəxslərə, həmçinin Şimali Koreya, İran və Belarusdan olan bəzi Rusiya tərəfdarlarına – qarşı yönəlib. Ümumilikdə sanksiyalar 18 fiziki və hüquqi şəxsə şamil olunub.
Bundan əlavə, Yeni Zelandiya Rusiyanın “kölgə donanması” adlandırılan 27 gəmisinə də məhdudiyyətlər tətbiq edib.
Baxış sayı:90
Bu xəbər 19 İyun 2025 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















