Yeni Zelandiya Rusiya və İrana qarşı sanksiyalar tətbiq edib
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni Zelandiya Rusiya Federasiyasını Kimyəvi Silahlar Konvensiyasını pozmaqda ittiham edərək ona qarşı növbəti sanksiyalar paketi qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq bəyanatla ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Uinston Piters çıxış edib.
“Yeni məhdudiyyətlər Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının Ukraynada Rusiya hərbçiləri tərəfindən gözyaşardıcı qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı son tapıntılarına cavabdır”, - deyə Peters qeyd edib.
Bundan əlavə, bəyanatda qeyd olunur ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalar paketi ilə yanaşı, Rusiyaya ballistik raketlər və pilotsuz uçuş aparatlarının tədarükündə iştirak edən İran vətəndaşlarına məhdudiyyətlər qoyub.
Baxış sayı:138
Bu xəbər 28 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















