Yeni Zelandiya Ukraynaya 9,5 milyon dollar dəyərində yeni yardım paketi ayıracaq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Zelandiya hökuməti Ukraynaya növbəti yardım paketi çərçivəsində 9,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson bildirib.
Məlumata görə, bu vəsaitin bir hissəsi silah və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına, digər hissəsi isə humanitar yardım və qaçqınlara dəstəyə yönəldiləcək.
Ümumi yardım paketinin 4,8 milyon ABŞ dolları silah və PUA alınmasına, 4,1 milyon ABŞ dolları isə münaqişədən zərər çəkmiş şəxslərə humanitar yardımın təşkili üçün ayrılacaq. Təxminən 600 min ABŞ dolları Ukrayna vətəndaşlarından ibarət qaçqınlara dəstək məqsədilə nəzərdə tutulur.
Baxış sayı:102
Bu xəbər 23 İyun 2025 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















