Icma.az
close
up
RU
Yenilənməyən “VİN kod” SİSTEMİ İkinci əl avtomobillərlə bağlı niyə məlumat əldə EDƏ BİLMİRİK?

Yenilənməyən “VİN kod” SİSTEMİ İkinci əl avtomobillərlə bağlı niyə məlumat əldə EDƏ BİLMİRİK?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ölkəmizdə istismarda olan avtomobillərin tarixçəsini əks etdirən “VİN kod” sistemi işləmir. Ona görə də vətəndaş avtomobil alarkən həmin maşın başına nələrin gəldiyini öyrənə bilmir.
Halbuki, dünyanın əksər ölkələrində bunun üçün xüsusi DATA mərkəzləri fəaliyyət göstərir.
Onların saytına daxil olub, “VİN kod” axtarış sisteminə girməklə avtomobilin necə istismar edildiyi haqda ətraflı məlumat almaq olur.
Bəs, ölkəmizdə belə bir sistem niyə aktiv deyil?


Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafa deyib ki, Azərbaycanda “VİN kod” sistemi işləyir:


“Sadəcə sistem bizdə yenilənmir. Məsələn xaricdən - ABŞ-dan, Avropadan və yaxud Çindən alınan avtomobilin “VİN kod”unu vurmaqla avtomobilin əvvəlki vəziyyəti haqqında məlumat əldə etmək olur.  Məsələn, avtomobil hansı servisləri görüb, qəza törədibmi, suda batıbmı, hansı detalları dəyişib və s. məlumatları sistemdən öyrənmək olur. Yəni biz axtarış sisteminə girərək bu məlumatları əldə edə bilirik.
Lakin avtomobillər ölkəmizə gətirildikdən sonra məlumatlar yenilənmir. Məsələn, avtomobilin Azərbaycanda 5-10 il istismar edilərkən hansı hadisələr törətdiyini öyrənmək olmur”.
Müsahibimiz “VİN kod” sisteminin işləməməsinin həm də mental xüsusiyyətlərimizlə əlaqəli olduğunu bildirib:
“Əksər insanlar düşünür ki, “avtomobilim haqqında rəsmi sistemə nəyə görə mənfi xarakteristika yazılmalıdır?!” Çünki avtomobili satarkən bəzən detalların dəyişməsi problemlər yaradır. “VİN kod” sisteminə baxılmayanda isə avtomobil sahibi istədiyi kimi xarakteristika verə bilir. Amma xarici ölkələrdə bütün məlumatlar sistemə işlənir. Ona görə də xaricdən alınan avtomobillərin əvvəlki vəziyyəti barədə səhih məlumat almaq çox asandır.
Amma təəssüflər olsun ki, ölkəmizdə belə bir məlumat sistemi yoxdur deyə nə avtoservislər, nə də YPX bazaya hər hansı bir məlumat daxil etmir. Ola bilsin ki, yalnız sığorta sistemində avtomobillər haqqında müəyyən məlumatlar var. Lakin həmin məlumatlar ictimailəşdirilmir.
Ona görə də vətəndaş “VİN kod” yazarkən heç bir məlumat əldə edə bilmir”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see288

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see213

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see206

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see151

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri