Icma.az
close
up
RU
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? AÇIQLAMA

Yeniyetmələr sosial mediada niyə daha həssasdır? AÇIQLAMA

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Yeniyetməlik dövründə beyin inkişafını davam etdirir. Xüsusilə emosiyaların idarə olunması, düzgün qərarların verilməsi və özünə nəzarətlə bağlı mexanizmlər hələ tam formalaşmayıb”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, yeniyetmələr başqalarının fikrinə, bəyənilməyə, “layk”lara və həmyaşıdları tərəfindən qəbul olunmağa böyüklərlə müqayisədə daha həssas yanaşa bilərlər:

“Amma mən “sosial media uşağın beynini korlayır” fikri ilə razı deyiləm. Burada məsələyə daha düzgün və kompleks yanaşmaq lazımdır. Sosial medianın təsiri yalnız istifadə müddətindən asılı deyil. Uşaq nə izləyir, kimlərlə ünsiyyət qurur, sosial mediadan hansı məqsədlə istifadə edir, bunun onun yuxusuna, dərslərinə, fiziki aktivliyinə və real münasibətlərinə necə təsir göstərməsi — bütün bunlar əhəmiyyətlidir”.

L.Bəşirova qeyd edib ki, sosial mediadan istifadə üçün ideal yaş məsələsində bütün uşaqlar üçün eyni rəqəmi müəyyənləşdirmək düzgün olmaz:

“Fikrimcə, uşağın yaşı ilə yanaşı, onun psixoloji və emosional hazırlığı da nəzərə alınmalıdır. Uşaq sosial mediada qarşılaşdığı mənfi şərhləri, təzyiqi və manipulyasiyanı dərk edə bilirmi? Özünü idarə edə bilirmi? Qarşılaşdığı problemlə bağlı valideynindən kömək istəyə bilirmi? Bunlar daha önəmli suallardır.

Yəni məsələ yalnız “uşağa sosial media verək, ya verməyək?” sualından ibarət deyil. Əsas məsələ uşağı rəqəmsal mühitə hazırlamaq, ona sosial mediadan təhlükəsiz və düzgün istifadə etməyi öyrətməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri