Icma.az
close
up
RU
Yeniyetmələrin avtomobil idarə etməsi ilə bağlı XƏBƏRDARLIQ

Yeniyetmələrin avtomobil idarə etməsi ilə bağlı XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanda xüsusilə məktəblərin "Son Zəng" mərasimlərində, eləcə də adi günlərdə yeniyetmələrin avtomobil idarə etməsi hallarına rast gəlinir.

BAKU.WS-in məlumatına görə, 18 yaşına çatmamış bu yeniyetmələr valideyn nəzarəti olmadan sükan arxasına keçir, bəzən qəza törədir, bəzən də digər insanların həyatını təhlükə altına atırlar.

Bu hallar təkcə qanun pozuntusu deyil, həm də cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.

Baş DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev də BAKU.WS-ə açıqlamasında bildirib ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir:

"Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillərə gəlməsinə dair məlumatlar da eşidilir.

Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həm də məktəblərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir.

Bəzi valideynlər özləri övladlarının avtomobil idarə etməyə öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir. Amma yol hərəkəti qaydalarını bilməyən uşaqların ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar. Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".

Qeyd edək ki, Azərbaycanda yol hərəkəti haqqında qanunlara əsasən, avtomobil idarə etmək hüququ yalnız 18 yaşını tamamlamış və sürücülük vəsiqəsinə malik şəxslərə verilir. Əks halda, bu, inzibati xətadır və həm sürücüyə, həm də avtomobili ona etibar edən valideyn və ya sahibinə qarşı cəza tədbirləri tətbiq olunur. Bu cəzalara pul sanksiyaları və nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması daxildir.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri