Icma.az
close
up
RU
Yeniyetmələrin üzləşdiyi sızanaq problemi Necə müalicə etməli?

Yeniyetmələrin üzləşdiyi sızanaq problemi Necə müalicə etməli?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Yeniyetməlik dövründə sızanaq problemi gəncləri ciddi narahat edir. Əsas məsələ isə sızanaq problemi olan dərini düzgün müalicə etməkdir.

Bakupost.az türkiyəli dermatologiya mütəxəssisi Funda Atamanın sızanaqların müalicəsi ilə bağlı məsləhətlərini tədim edir.
Dermatoloqun sözlərinə görə, yeniyetməlikdə sızanaqlar dərinin yağ ifrazının artmasından sonra yağ vəzilərinin iltihabı nəticəsində yaranır:

"Bu iltihaba səbəb olan bakteriyalar hər kəsin dərisində olur. Lakin yağ ifrazının çox olması və dəridə yağ balansının pozulması bu bakteriyaların çoxalmasına gətirib çıxarır. Bu problemə ən çox 14-16 yaş arasında yeniyetmələrdə rast gəlinir. Hər 10 yeniyetmədən 1-də sızanaqlar kəskin xarakter alır. Yeniyetməlik sızanaqları qızlarda daha gənc yaşda olur. Bu, qızların yetkinlik yaşına daha erkən daxil olması ilə bağlıdır".

Mütəxəssisin sözlərinə görə, sızanağın yaranmasında genetik faktorlar da mühüm rol oynayır:

"Ata-ana, böyük bacısı və qardaşında sızanaq olanların bu problemlə üzləşmə riski daha çoxdur. Eskimoslar, yaponlar, qaradərililərdə sızanaqlar digərlərinə nisbətən az müşahidə olunur. Lakin əsasən balıqla qidalanan eskimoslar və yaponlar Qərb mətbəxindən olan yeməklərə keçdikdən sonra onlarda da sızanaq problemi artıb".

Funda Ataman bildirib ki, sızanaqlar insana psixoloji cəhətdən təsir edir:

"Sızanaqlar məktəb, iş və şəxsi həyatda insanları utandıra və münasibətlərində problemlər yarada bilər. Qaşıntı, yanma, ağrı, qanaxma, görüntüdən narahat olma kimi problemlər mümkündür. Daimi ləkə, çopurluq və yara izləri isə ən arzuolunmaz vəziyyətdir.

Pəhrizin sızanaqlara təsiri tam olaraq müəyyən edilməsə də, kalori qəbulunun azaldılması və artıq çəkidən qurtulma sızanaq müalicəsində effektivliyi artırır.

Gənclərin balanslaşdırılmış zülal, yağ, karbohidrat, vitamin qəbul etmələri, kifayət qədər meyvə-tərəvəz, balıq yeməsi onların sağlam böyüməsinə və inkişafına müsbət təsir edir.

Sızanaq təkcə yeniyetməlik dövründə müşahidə olunmur. Həmçinin qadınlarda menstruasiya öncəsi sızanaqların görünməsi normaldır. Tərləmə, rütubətli iqlim, yemək bişirilən isti yerlərdə işləmək sızanaqları artırır. Qidalanmasında fast-fooda üstünlük verən şəxslərdə bu problem şiddətlənə bilər".

Dermatoloq bildirib ki, yeniyetnəlik sızanaqları 4-6 il davam edir:

"Bəzən 40 yaşa qədər davam etdiyi müşahidə olunur. Müalicəyə başlayan insanlara bunun uzun sürəcəyi barədə məlumat verilməlidir. Yüngül sızanaqlarda çox vaxt dəridən artıq yağı çıxaran və bakteriya böyüməsinin qarşısını alan məhsuldan istifadə edirlər. Bununla belə, tərkibində heksaxlorofen olan antibakterial sabunların istifadəsi xüsusi növ sızanaqlara səbəb olur. İkinci mərhələdə dəridə yağ ifrazını azaldan kremlər, gellər və losyonlar istifadə olunur. Heç bir yaxşılaşma olmazsa, antibiotiklər sınana bilər.

Vitamin A törəməsi həbləri ən davamlı və şiddətli sızanaq formasında istifadə olunur. Bundan əlavə, sızanaq müalicəsi alan insanlar həkim nəzarəti altında vitamin qəbul etməli və qidalanmalarına diqqət etməlidirlər. Sızanaq müalicəsinin demək olar ki, bütün üsullarında müalicənin ilk günlərində dərinin quruması, qızartı, qaşınma və sızanaqların artması gözlənilir. Xəstələrə bunun yan təsir və ya allergiya olmadığı barədə məlumat verilməlidir. Yenə ən təsirli və uzun müalicələrdən sonra belə sızanaqlar təkrarlana bilər.

Sızanaqlar keçdikdən sonra qalan izlər üçün kimyəvi pilinq, lazer, dermaroller, dermabraziya kimi proseslər tətbiq oluna bilər. Uzun və çətin olan sızanaq müalicəsinin məqsədi gəncləri həm də çapıq və ləkələrdən qorumaqdır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri