Icma.az
close
up
RU
Yepiskop bu dəfə mənzil iddiası ilə məhkəmədə Mülk əslində kimindir?

Yepiskop bu dəfə mənzil iddiası ilə məhkəmədə Mülk əslində kimindir?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Rus Pravoslav Kilsəsinin Azərbaycandakı rəhbəri Aleksiy Smirnovun iddiası əsasında mülki iş üzrə məhkəmə baxışı davam edir.

Milli.Az xəbər verir ki, işə hakim Mehriban Əfəndi-Zadənin sədrliyi ilə baxılır.

Məhkəməda iddiaçı qismində çıxış edən yepiskop Aleksiy Smirnov və cavabdeh A.Dolininin nümayəndələri iştirak edirlər.

Prosesin predmeti Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, "MƏKAN MMC" tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin mənzilin cavabdehin istifadəsindən çıxarılması ilə bağlıdır. İddiaçı tərəfin mövqeyinə görə, mübahisəli mənzil kilsəyə məxsus olub və bu səbəbdən onun başqa şəxsin istifadəsində qalması qanunsuz hesab edilir. Bu əsasla məhkəmədən mənzilin geri qaytarılması tələb olunur. Cavabdeh tərəf isə iddianı qəbul etmir. A.Dolininin nümayəndəsi məhkəmədə çıxış edərək bildirib ki, mübahisəli mənzil 2017-ci ildə aparılmış söküntü işlərindən sonra tikilmiş yeni binada qanuni əsaslarla əldə edilib və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Müdafiə tərəfi həmçinin qeyd edib ki, iddiaçının irəli sürdüyü arqumentlər hüquqi əsaslardan daha çox subyektiv iddialara söykənir. Proses zamanı tərəflər məhkəməyə yazılı sübutlar təqdim ediblər.

Hakim Mehriban Əfəndi-Zadə sənədlərin araşdırılması mərhələsinin davam etdiriləcəyini bildirib və əlavə sübutların təqdim edilməsi üçün tərəflərə vaxt verib.

Məhkəmə iclası 22 aprel tarixinə təxirə salınıb.

Qeyd edək ki, Aleksiy Smirnovun iştirakı ilə paralel olaraq digər bir məhkəmə çəkişməsi də davam edir. Belə ki, Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskop ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasında mübahisəyə baxılır. Hər iki iş üzrə qərarın növbəti məhkəmə iclaslarından sonra elan olunacağı gözlənilir.

Vətəndaş A.Dolinin 2017-ci ildə MMC tərəfindən söküntü aparılmış ərazidə tikilən yeni binada mənzil alıb. Lakin yepiskop Aleksiy Smirnov həmin mənzili vətəndaşın əlindən almaq istəyir. Eyni zamanda Xətai rayon məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskopun Azərbaycan vətəndaşı Ramil Aslanovla da məhkəmə çəkişməsi davam edir.

"MƏKAN MMC" bu məsələdə hansı mövqedədir və hansı maraqlardadır, onu hələ də bilən yoxdur./Musavat.com

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri