Yepiskop: Dövlətin gələcək inkişafı üçün dini liderlər konstruktiv dialoqu dəstəkləməlidirlər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Bu gün Bakıda keçirilmiş Azərbaycan Din Xadimlərinin II Forumu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimiz regionumuz üçün ənənəvi olan dinlərə - islam, xristianlıq və iudaizmə söykəndiyini göstərən mühüm göstəricidir.
Bu barədə forum çərçivəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu dinlərə etiqad edən xalqlar əsrlər boyu bu torpaqlarda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar: “Layiqli cəmiyyətin davamlı formalaşmasının və dövlətin gələcək inkişafının təmin olunması üçün dini liderlər konstruktiv dialoqu dəstəkləməlidirlər. Bu kimi tədbirlər Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin parlaq təcəssümüdür. Ümidvaram ki, bu konfrans layiqli nəticələr verəcək və biz ölkəmizin rifahı naminə yaradıcı fəaliyyətimizi davam etdirəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Dekabr 2025 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















