Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

“Yəqin Santuş Naxçıvanın harada olduğunu bilmir” Zaur Axundov

“Yəqin Santuş Naxçıvanın harada olduğunu bilmir” Zaur Axundov

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun QOL.az saytına müsahibəsi

- Mövsümün əvvəlində “Araz-Naxçıvan”la bağlı iddialı açıqlamalar səsləndirmişdiniz. Lakin həmin vaxt komandanın uğur qazanacağına inananlar çox deyildi. Yekun nəticə hamımıza məlumdur. İndi komandaya inanmayanlara nə demək istərdiniz?

- Komandanın çıxışına qiyməti gərək siz verəsiniz. Təbii ki, bu nəticə bizi sevindirir. Naxçıvan futbolu tarixində ilk dəfə komanda avrokuboklara vəsiqə qazandı. Mən bu sevinci Naxçıvan futbol ictimaiyyəti ilə birgə qeyd etdim. “Şamaxı” ilə görüş zamanı Naxçıvanda idim. Mərkəzi parka xeyli insan yığışmışdı. Görüşü azarkeşlərlə birgə böyük ekranda izlədik. Bəli, mən mövsümün əvvəlində komandanın uğur qazanacağına inandığımı söyləmişdim. Təbii ki, futbolun bilinməyən tərəfləri də var. Komanda oynadı, xarakter göstərdi. Demək olar ki, mövsüm boyu üçüncü pillədən aşağı enmədik. Hətta bir-iki həftə lider də oldu, uzun müddət ikinci yerdə qərarlaşdı. Qışdan sonra bir qədər eniş yaşandı. Bu da həm də komandanın orta yaş həddinin bir qədər yüksək olmasından irəli gəlirdi. Digər tərəfdən də iki aya yaxın 4-5 əsas futbolçumuz zədəli, cəzalı oldu. Ehtiyat oyunçular skamyamız elə də geniş deyildi. Bütün bunlara baxmayaraq, sonda istəyimizə çatdıq. Mən yekunda nəticəyə baxıram. Çox sevinirəm. Təbrik edənlər də oldu, etməyənlər də. Buna da normal baxıram. Elə məşqçilər, komanda rəhbərləri olub ki, mən onları həmişə təbrik etmişəm. Amma dediyim kimi, bəziləri məni futzalda təbrik etsələr də, futbolda etmədilər. 

- Kimlər təbrik etmədi?

- Ad çəkməyə ehtiyac yoxdur. Müsahibəni oxusalar, özləri biləcəklər (gülür). Mən incimirəm. Kim avrokuboklara düşübsə, hər birinə uğurlar arzu edirəm. Düşməyənlərə də gələn mövsümdə uğurlar arzulayıram. 

- Qeyd etdiniz ki, komanda üçüncü yeri rəsmiləşdirərkən Naxçıvanda idiniz. Naxçıvan ictimaiyyətinin bu uğura reaksiyası necə oldu?

- Çox gözəl. Hamı komandanın nəticəsinə sevinirdi. Bir problem o oldu ki, üstümə gəldilər ki, niyə komanda doğma meydanda oynamır. Hər dəfə bu barədə danışırıq. Naxçıvanda olanda məlumat verildi ki, artıq dövlət planında stadion məsələsi var. Tezliklə layihələndirmə işləri başlayır. Müəyyən prosedurlardan sonra sentyabrdan təmir işləri başlamalıdır. Bir yenilik də odur ki, örtük süni yox, təbii olacaq. Belədə tələblər də dəyişir. 

- Buna qədər futzalda və “Keşlə”də uğur qazanmışdınız. Rəhbər şəxs kimi “Araz-Naxçıvan”ın uğur qazanması sizin üçün də əhəmiyyət kəsb edirdi?

- Mən özüm özümə qiymət vermirəm. Futbol ictimaiyyəti, jurnalistlər işimizə qiymət versin. Mən tənqidi də normal qəbul edirəm. 36 oyun ərzində hər zaman çalışmışam komandanın yanında olum, dəstəyimi əsirgəməyim. Paltardəyişmə otağında əsəbi anlarım da olub. Futbolçular da bilir ki, bütün bunlar uğur üçündür. Hər xırda məsələdə komandaya dəstək olmağa çalışmışam. Kiçik büdcə ilə sübut etdik ki, hər şey pulla ölçülmür. İlk növbədə nizam-intizam olmalı, eləcə də futbolçular da canlarını qoymalıdırlar. 

- Bir ara komanda uzun müddət qələbə qazana bilmədi. Heç üçüncü yerin, avrokuboklara vəsiqənin əldən gedəcəyini düşündüyünüz anlar oldu?

- Bəli, belə anlar oldu. Müəyyən futbolçularda arxayınçılıq gördüm. Əksər oyunları stadiondan izləsəm də, növbəti gün matçın videoyazısına da baxıram. Çünki stadiondan izləyərkən müəyyən məqamlar gözdən qaça da bilər. Hansısa arxayınçılıq görərkən baş məşqçimizin də, mənim də futbolçularla çox ciddi söhbətlərimiz olurdu. Bütün bunlar ümumi işin xeyrinə idi. Görürdük ki, gələn oyunda artıq eyni hallar təkrarlanmır. Bir ara dördüncü pillədən 14 xal qabaq idik. Lakin futbolçulara deyirdik ki, arxayınçılıq olmaz. Çünki 14 xal fərq elə də böyük deyil və 4-5 tura aradan qaldırıla bilər. Yekunda qaldırıldı da. Komandanın böyük büdcəsi, məşq üçün meydançası, adicə avtobusu belə yoxdur. Bunları gileylənmək üçün demirəm. Məşqçilər korpusu komandanı elə kökləyirdi ki, meydança tapmasaq, asfaltda da məşq edərdilər. Fakt göz qabağındadır. Mənim üçün üçüncü yer çempionluğa bərabərdir. 

- Həqiqətən də “Araz-Naxçıvan” büdcəsi daha yuxarı olan komandaları qabaqlayaraq üçüncü oldu. Bu məqam qazanılan bürünc medalın dəyərini sizin üçün artırır?

- Açığı, digər klubların büdcələrinə baxmıram. Amma illərdir futboldayıq və aşağı-yuxarı rəqəmlərdən xəbərimiz var. Futboldur, hansısa komandada alınmaya bilər. Həqiqətən də qabaqladığımız klublar arasında büdcəsi bizdən hətta üçqat yuxarı olan da var. Bununla belə, hər kəsə uğurlar arzulayıram. Hamımızın məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Sağ olsun AFFA rəhbərliyi, “Liv Bona Dea Arena”nı ixtiyarımıza verib. Buna görə AFFA prezidenti Rövşən Nəcəfə çox sağ ol deyirəm. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bəzən onların da bazasında məşqlərimiz keçib. Amma bunlar daimi deyildi. Bəzən komanda elə meydançalarda məşq edirdi ki, orada nəinki məşq, hətta qaçmaq belə risklidir. 

- “Araz Naxçıvan” üçüncü yeri təmin etdikdən sonra eləolaraq Naxçıvanda açıqlamanızda qeyd etmişdiniz ki, komandanın heyətinin yarısı dəyişəcək. Belə çıxır ki, üçüncü yer sizi tam qane etmir?

- Bəzi oyunçulardan narazılıqlar əslində daha əvvəldən var idi. Məşqçilər korpusu ilə bu barədə mütəmadi söhbətlərimiz olurdu. Yanvara qədər qələbə, 14-15 tur məğlubiyyətsizlik seriyası oldu. Sonradan isə bir qədər uğursuzluqla üzləşdik. 

- Elmar Baxşıyevlə müqavilənin uzadılması onun işindən tam razı olduğunuzun göstəricisidir?

- Bəli, Elmar Baxşıyevdən tam razıyıq. Gördüyü iş göz qabağındadır. Komanda üçüncü oldu və Baxşıyev qarşıya qoyulan hədəfə çatdı. 

- UEFA Konfrans Liqasında “Araz Naxçıvan”dan nə gözləmək olar?

- Təbii ki, püşkdən də çox şey asılıdır. Elə komanda bizə rəqib ola bilər ki, uşaq komandasının büdcəsi bizim büdcədən çox olsun. Ümumilikdə 5-6 yeni transfer gözlənilir. 

- Klubun büdcəsi artırıla bilər?

- Dostlarımızla, qardaşlarımızla bu barədə danışırıq. Bəli, komandanın sponsora ehtiyac var. Dostlar sağ olsunlar, söz veriblər. Biz Konfrans Liqasına iştirak xatirinə qatılmaq istəmirik. 

- Amma yəqin ki, Elmar Baxşıyevdən qrup mərhələsinə düşməyi istəməyəcəksiniz...

- Niyə də yox?! Elmar Baxşıyev bacarıqlı məşqçidir. Klubun təcrübəsi olmasa da, can qoymaq lazımdır. Oyunçuları kökləmədən çox şey asılıdır. Söhbət tək “Araz-Naxçıvan”dan yox, elə “Zirə”dən də, “Qarabağ”dan da gedir. Motivasiyadan çox şey asılıdır. Biz bu mövsüm məhz motivasiyanın hesabına nəticə qazandıq. Futbolçuların 75-80 faizi meydanda canını qoysa, uğur qazanmaq mümkündür. AFFA İcraiyyə Komitəsinin üzvü olarkən millinin futbolçularına da bu sözü deyirdim. Meydanda can qoymaq lazımdır. Azərbaycanın adı üçün oynamaq lazımdır. Klublar meydana çıxarkən bayraq qalxmır, himn səslənmir. 

- Millidən söz düşmüşkən, “Araz-Naxçıvan” üçüncü olsa da, yığmaya komandadan heç bir futbolçunun dəvət almaması sizin üçün də gözlənilməz oldu?

- Yəqin Santuş Naxçıvanın harada olduğunu bilmir (gülür). Yaxud da turnir cədvəlində ikinci pillədən sonra dördüncü yerə baxır. Təbii ki, o, təcrübəli mütəxəssisdir, işini yaxşı bilir. Birinci Liqadan da milliyə oyunçu dəvət edir. Bu, müsbət məqamdır. Demək aşağı liqa ilə də maraqlanır. Amma mövsüm boyu ilk üçlükdə olan komandadan heç kimin yığmaya dəvət almaması bir qədər gözlənilməz oldu. Onsuz da qarşıdakı matçlar yoxlama xarakterlidir. Məsələn, sol cinahda Slavik Alxasovu, məncə, sınamaq olardı. Bəlkə də gələcəkdə kimlərisə çağıracaq. İstənilən halda hər birimizin işi milliyə dəstək olmaqdır. 

- Legionerlərdən artıq üçü ilə yeni müqavilə imzalanıb. Heyətin özəyini qorumaq mümkün olacaq?

- Ceyhun Sultanovu dəvət etmişik ki, bizə transfer məsələlərində kömək etsin. Daha əvvəl “Keşlə”də birgə işləmişik. Münasibətimiz var. Azərbaycanın tanınmış futbolçularından olub. 

- Yeri gəlmişkən, mətbuatda Ceyhun Sultanovun klubda idman direktoru, yaxud menecer vəzifəsinu tutacağı barədə xəbərlər yayılıb. 

- Xeyr, Ceyhunun komandada heç bir rəsmi vəzifəsi yoxdur. Sadəcə dəvət etmişik ki, bir müddət komandaya, məşqçilər korpusuna kömək etsin. Təbii ki, bu işlərlə həm də Elmar Baxşıyev, Rasim Ramaldanov, Vadar Nuriyev də məşğul olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri