Icma.az
close
up
RU
“Oynayan Santuş deyil, 11 futbolçu meydanda can qoymalıdır” Zaur Axundov

“Oynayan Santuş deyil, 11 futbolçu meydanda can qoymalıdır” Zaur Axundov

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Araz-Naxçıvan” mövsümə əla start versə də, sanki son turlar qeyri-stabil təsir bağışlayır. Düzdür, oyun baxımından geriləmə olmasa da, nəticələr ideal deyil...

- Mən həmişə tabloya baxıram. Komanda güclü də oynaya bilər, xeyli qol epizodu da yarada bilər, lakin əsas yekun nəticədir. Necə deyərlər, tarixdə nəticə qalır. Xatırlayırsınızsa, ötən il də “Araz-Naxçıvan” qış fasiləsinə qədər yuxarı pillələrdə olsa da, sonradan komandada eniş yaşandı. Lakin o, başqa dönəm idi. Naxçıvan Futbol Federasiyasının prezidenti kimi komanda ilə görüşdüm, danışdım. İradlarımı bildirdim. Birinci dövrədən sonra komandada hər hansı dəyişiklik olmayıb. Düzdür, bəzi futbolçular zədəlidir. Lakin onların yerinə heç də zəif olmayan futbolçular oynayır. İnanıram ki, komanda səhvlərdən nəticə çıxaracaq. Məsələ odur ki, son “Kəpəz”lə oyunda, yaxud əvvəlki matçların bəzilərində komandada boşluq gördüm. Əgər hansısa futbolçu meydana arxayın çıxırsa, düşünürsə ki, bu oyunda rahat qələbə olacaq, yanılır. İdmanda beə səhvlər olmaz. Burada əsas yük məşqçilər korpusunun üzərinə düşür. Mən, yaxud klub prezidenti Ramin Axundov 10-15 dəqiqə danışıb gedirik. Məşqçilər isə daim komandanın, futbolçuların yanındadırlar. Sona 14 tur qalıb. İnanıram ki, son səhvlərdən nəticə çıxarılacaq. 

- Hazırda “Araz-Naxçıvan”ın hədəfi nədir: ikinci yerdə qalmaq, yoxsa yerdən asılı olmayaraq avrokuboklara yollanmaq?

- Əsas məqsəd avrokuboklara yollanmaqdır. İkinci, yaxud üçüncü yeri tutmaq ciddi mənada fərq etmir. Komanda mövsümün ilk hissəsini çox yaxşı keçirdi. Bu şansı əldən vermək olmaz. 

- Bəs kubok?

- Təbii ki, kubokda da iddiamız davam edir. Ümumiyyətlə, hər oyun vacibdir. İstər kubok olsun, istər çempionat, hər görüşə ciddi yanaşmaq lazımdır. Kubokda 1/4 finalın ilk oyununda “Zirə”yə qalib gəldik, lakin bir neçə gün sonra “Kəpəz”lə matçda xal itirdik. Mən demirəm Gəncə klubu zəifdir. Azər Bağırovun “Kəpəz”dəki işi görünür. Son oyundan sonra mən də onu təbrik etdim. Dedim sağ ol ki, belə komanda yığmısan, bu cür oyun göstərirsiniz. “Kəpəz”in büdcəsi çox olmasa da, Azər Bağırovun dəsti-xətti görsənir. 

- Yeni mövsümdən etibarən Premyer Liqada 12 kollektiv mübarizə aparacaq. Komanda sayının artırılmasına münasibətiniz necədir?

- Təbii ki, komanda sayının artırılması müsbət haldır. Ümidvaram ki, Premyer Liqanın yeni iştirakçıları region komandaları olacaq. Düzdür, format tam bilinmir. Lakin futbol tək Bakı və Abşeronu yox, bütün Azərbaycanı əhatə eləməlidir. Regionlarda çox istedadlar var. Onları üzə çıxarmaq lazımdır. Komanda sayının artırılmasını dəstəkləyirəm. AFFA prezidenti Rövşən Nəcəf də sağ olsun ki, bu ideyanı irəli sürüb. 

- Bəs legioner limitinin ləğv olunması barədə qərarı necə qarşıladınız?

- Təki futbolumuza xeyirli olsun. Lakin hansı klubun maddi vəziyyəti imkan verirsə, gedib lap 17 legioner gətirəcək. Hər şey maliyyədən asılıdır. Onsuz da idman elə maliyyənin üzərində qurulub. 

- “Araz-Naxçıvan”ın bu baxımdan strategiyası necə olacaq? Komandada 17 legioner görə bilərik?

- Xeyr, o qədər yox. İlk növbədə xahiş edəcəm ki, strategiyada Naxçıvan futboluna da yer verilsin. Bilirsiniz ki, Naxçıvan əhalisinin sayı yarım milyona yaxınlaşır. Orada da futbola kifayət qədər maraq var. Buna görə orada da akademiyaya, uşaq futboluna diqqət yetirilməlidir. Tezliklə Naxçıvanda daxili çempionat start götürəcək. Eləcə də futzal birinciliyi təşkil olunacaq. Naxçıvanda futbola maraq böyükdür. Hətta mənə "Araz-Naxçıvan”ın doğma meydanda oynamaması ilə bağlı iradlar bildirilir. Yadınızdadırsa, komanda birinci liqada mübarizə aparanda hər ev oyununda 7-8 min azarkeş olurdu. 

- Sizə elə gəlmir ki, legioner limitinin ləğvi yerli futbolçulara mənfi təsir göstərəcək?

- Oyunçu ilk növbədə üzərində işləməlidir. Limitin ləğv olunmasına görə yerli futbolçular əl-qollarını aşağı salmalı deyillər. Özlərini göstərməlidirlər ki, sabah yenə meydanda 3-4 yerli futbolçu olsun. Hər şey insanın özündən asılıdır. Hər birimiz istərik ki, futbolçularımız yüksək səviyyəli xarici klublarda forma geysinlər. Amma son 10-15 ildə demək olar heç bir futbolçumuz xarici klubda möhkəmlənə bilməyib. Bəlkə gələcəkdə mümkün oldu. Gürcülərə, qazaxlara, özbəklərə baxın. Biz də istərdik ki, oyunçularımız o cür klublarda çıxış etsin. Amma bunun üçün formalaşmalıdırlar. Üstəlik, nəzərə almaq lazımdır ki, 11 legioner gəlib millimizdə oynamayacaq. Mən həmişə demişəm, Azərbaycanın bayrağını qaldıran klub deyil, millidir. Azərbaycan futbolu klubla 10 faiz tanınır, milli ilə 90 faiz. Heç kimin haqqına girmək istəmirəm. Hər kəsin öz fikri var. Mən də düşünürəm ki, əsas milli komandadır. Hazırda Millətlər Liqasında D Liqasına düşmüşük. İndi yenidən, pillə-pillə yuxarı qalmalıyıq. Milli komandaya təkan vermək lazımdır. Bu gün komanda Fernandu Santuşa tapşırılıb. Lap tutaq ki, onu göndərib yerinə Mourinyonu gətirdik. Əsas meydana çıxan 11 futbolçu can qoymalıdır. Keçən dəfəki sözümə görə məndən inciyənlər oldu. Amma mən sözümün üstündə yenə dururam - futbolçu millidə can qoymalıdır. Çünki əsas milli komandadır. Siz jurnalistsiniz, mən də Naxçıvan Futbol Federiyasının prezidenti. Hər birimizin ürəyi milli üçün daha çox yanır. Klub səviyyəsində “Qarabağ” uğurlar qazanır, hamımız buna sevinirik. Amma istərdik ki, milli komandamız da adından söz etdirsin. Azərbaycan futbolunun əsas göstəricisi milli komandadır. Santuşa dəstək olmaq, oyunçulara motivasiya vermək lazımdır. Nə çatışmır? Bu gün AFFA rəhbərliyi millinin uğur qazanması üçün əlindən gələni edir. Meydanda oynayan Santuş deyil ki.

- “Araz-Naxçıvan” hələ də Bakıda oynayır. Bilirik ki, bu, tək sizdən asılı olan məsələ deyil. Amma hədəf olaraq siz seçilirsiniz və tənqid edilirsiniz...

- Tənqid edirlər, sağ olsunlar, amma stadionu mən tikməmişəm. Stadiona baxış keçirilib. Mən özüm də müəyyən şirkətlərlə danışmışam. Qazonu dəyişmək, işıqlandırma sistemini yeniləmək lazımdır. Soyunub-geyinmə otaqları yüksək səviyyədədir. Danışdığımız şirkətlər 3 ay vaxt istəyiblər. Amma dediyiniz kimi, tək məndən asılı olan məsələ deyil. Bu yaxınlarda Gənclər və İdman Nazirliyi də stadiona baxış keçirib. Artıq görüləcək işləri planı hazırdır. Qərar verilməli və maliyyə ayrılmalıdır ki, stadion hazır vəziyyətə gətirilsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri