Icma.az
close
up
RU
Yer üzündəki bütün səhralar yox olsa, nə baş verər?

Yer üzündəki bütün səhralar yox olsa, nə baş verər?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda səhralar Yer səthinin təxminən 20 faizini təşkil edir. Mütəxəssislər bildirirlər ki, vaxtilə nəhəng Sahara səhrasında geniş yaşıllıqlar mövcud olub və son 8 milyon ildə bu ərazi dəfələrlə yaşıllaşma dövrlərindən keçib. Bu proseslərin yenidən təkrarlanması və digər səhralara da təsir etməsi ehtimalı istisna edilmir.

Bu sualı gündəmə gətirir: Yer kürəsindəki bütün səhralar bir anda yaşıllaşsa, nə baş verər? 

Qaynarinfo xəbər verir ki, "Grunge" nəşri bu ssenarinin mümkün nəticələrini araşdırıb.

Planetdə hava dövriyyəsi kəskin şəkildə dəyişər

Səhraların əksəriyyəti 30–50 dərəcə enliklərdə yerləşir. Ekvator bölgəsində Günəş şüaları birbaşa düşərək havanı qızdırır və o, yuxarı qalxır. Ardınca hava soyuyur, su buxarını saxlamaq qabiliyyətini itirir və nəticədə yağıntılar əmələ gəlir.

Daha sonra soyumuş və qurumuş hava axınları səhralara doğru hərəkət edir və bu ərazilərə çatdıqda yenidən qızır. Səhralarda bitki örtüyünün çox olduğu vaxtlarda mövsümi musson yağışları həm daha geniş yayılsa da, həm də daha güclü olurdu. Buna görə bir sıra bölgələr yenidən belə təsirlərlə üzləşə bilər.

Bundan başqa, Saharadan atmosferə qalxan toz hissəciklərinin bəzi Atlantik fırtınalarını zəiflətməsi məlumdur. Bu tozun yoxluğu daha intensiv və ya daha sıx baş verən fırtınalara səbəb ola bilər.

Bütöv ekosistemlər yoxa çıxar


Səhralar sərt mühit olsa da, özünəməxsus, başqa yerdə təkrar olunması mümkün olmayan ekosistemlərə malikdir. Səhraların yaşıllaşması bu unikal sistemlərə ciddi təsir göstərə bilər.

Qədim dövrlərdə Saharada mövcud olan fauna bu günkindən tamamilə fərqli olub. Niger ərazisində aparılan arxeoloji araşdırmalar göstərir ki, Sharanın Qobero bölgəsində bir vaxtlar timsahlar, suayğıları, zürafələr, fillər və insanlar yaşayıb. Bu gün insan məskənləri qalsa da, təbii şəkildə dolaşan suayğılarını burada görmək mümkün deyil.

Böyük səhralar həmçinin iqlimə uyğunlaşmamış bir çox növ üçün təbii baryer rolunu oynayır.

Heyvan populyasiyaları dəyişəcək

"Yaşıl səhralar" meydana gəldikdə bəzi növlər yaşamaq üçün kəskin uyğunlaşma prosesindən keçməli olacaq. Məsələn, Şimali Afrika və Sina–Ərəbistan yarımadası səhralarında yaşayan fenek tülküsünün iri qulaqları bədən istiliyini azaltmağa kömək edir, tüklü pəncələri isə isti və hərəkətli quma uyğunlaşıb. Araşdırmalara görə səhraların yaşıllaşması bu növün mütləq məhv olmasına səbəb olmayacaq, lakin yaşayış mühitini dəyişəcək.

Saharaya yaxın ərazilərdə yaşayan varanların isə savanaya bənzər "yaşıl Saharaya” asanlıqla uyğunlaşa biləcəyi ehtimal olunur.

Səhralar iqlim dəyişiklikləri ilə sıx bağlıdır

Araşdırmalar göstərir ki, bəzi böyük səhralar karbon qazını saxlayan təbii "uducular” kimi çıxış edə bilər. Bu qaz atmosferdə qalıb planetin istiləşməsinə səbəb olardı. Bununla belə, qədim "yaşıl Saharaya” bənzər savannaların da böyük miqdarda karbon saxlaya biləcəyi bildirilir.

Həm Arktika, həm də Antarktida az yağıntı düşdüyü üçün səhrə hesab olunur. Lakin bu regionlar atmosfer dövriyyəsinə və qlobal hava proseslərinə ciddi təsir edən nəhəng buz qatları və axınlarla zəngindir. Arktikanın tunda bölgəsində əbədi donmuş torpağın əriməsi nəticəsində sərbəst qalan CO₂ qlobal temperaturun daha da yüksəlməsinə gətirib çıxara bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri