Yeraltı təkanlar ölümə səbəb oldu: Kamçatkada vulkana qalxan turistlər yıxıldılar
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Kamçatka bölgəsində Vilyuçinski vulkanına qalxış zamanı üç turist yıxılıb, onlardan biri həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra turistlərdən biri xilasetmə xidmətinə zəng edərək kömək istəyib. Zərərçəkənlərin yanına həkimlərin müşayiəti ilə helikopter göndərilib, həmçinin hadisə yerinə yüksək keçid qabiliyyətli texnika ilə xilasetmə qrupu cəlb olunub.
"Vilyuçinski vulkanında zərərçəkən turistlərdən biri həlak olub. Digər qız ağır vəziyyətdədir, daha bir qız isə yamacın yuxarı hissəsində tapılıb və o xəsarət almayıb", - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, alpinistlərin yıxılmasına Kamçatkada müşahidə olunan təkrar seysmik təkanlar səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 04 Oktyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















