Yerdə oksigen gözləniləndən daha tez tükənə bilər: Bu nə vaxt baş verəcək?
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə “BBC Sky at Night” yazıb.
Alimlər uzaq gələcəkdə Yeri yaşayış üçün yararsız vəziyyətə gətirə biləcək bir neçə mümkün ssenarini nəzərdən keçirirlər. Bunların arasında iqlim dəyişikliyi, atmosferdə karbon qazının səviyyəsinin artması, asteroid toqquşması və Günəşin parlaqlığının tədricən yüksəlməsi var.
Lakin tədqiqatçılar qrupu belə qənaətə gəlib ki, ən ehtimal olunan ssenarilərdən biri Yerin oksigenlə zəngin atmosferini itirməsidir.
Toxo Universitetinin dosenti Kazumi Ozaki və Corciya Texnologiya İnstitutunun dosenti Kristofer Reynhard planetdəki iqlim və biokimyəvi prosesləri nəzərə alan kompüter modeli hazırlayıblar.
Daha əsaslandırılmış proqnoz əldə etmək üçün Ozaki 400 mindən çox simulyasiya aparıb və hər dəfə modelin müxtəlif parametrlərini dəyişib.
“Nature Geoscience” jurnalında dərc olunan tədqiqatın nəticələri göstərib ki, Yerin oksigenlə zəngin atmosferi təxminən daha 1 milyard il mövcud ola bilər.
Bundan sonra nə baş verəcək?
Alimlərin hesablamalarına görə, bu müddətdən sonra Yer kürəsində sürətli deoksigenləşmə – atmosferdə oksigen səviyyəsinin kəskin azalması baş verə bilər.
Nəticədə atmosfer təxminən 2,5 milyard il əvvəl, Böyük oksidləşmə hadisəsindən əvvəl erkən Yer kürəsində mövcud olmuş atmosferə bənzəyəcək.
“Böyük deoksigenləşmədən sonrakı atmosfer metanın yüksək miqdarı, CO2-nin aşağı səviyyəsi və ozon təbəqəsinin olmaması ilə xarakterizə olunur. Yerin sistemi, ehtimal ki, anaerob həyat formalarının üstünlük təşkil etdiyi dünyaya çevriləcək”, – Ozaki izah edib.
Bununla yanaşı, alimlər qeyd edirlər ki, qarşıdakı milyard illər ərzində Yerdə baş verəcək prosesləri tam dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil.
Yer kürəsi oksigeni necə əldə edib?
Yerin atmosferində və okeanlarında oksigenin əhəmiyyətli dərəcədə artması təxminən 2,5 milyard il əvvəl baş vermiş Böyük oksidləşmə hadisəsi ilə əlaqələndirilir.
Bu prosesin dəqiq səbəbləri hələ də müzakirə olunur. Lakin hesab edilir ki, burada birhüceyrəli orqanizmlər mühüm rol oynayıb.
Oksigen səviyyəsinin artması planetin tarixində əsas mərhələlərdən birinə çevrilib və daha mürəkkəb müxtəlif həyat formalarının mövcudluğu üçün şərait yaradıb.
Alimlər daha əvvəl qlobal istiləşmə və fotosintez üçün zəruri olan CO2 çatışmazlığının birgə təsiri nəticəsində Yerin biosferinin təxminən 2 milyard ildən sonra yox ola biləcəyini ehtimal edirdilər.
Bunun kosmosda həyat axtarışları üçün əhəmiyyəti
Tədqiqatın nəticələri yalnız Yerin gələcəyini anlamaq baxımından deyil, digər planetlərdə həyat axtarışı baxımından da əhəmiyyətlidir.
Oksigen mühüm biosiqnatura hesab olunur – planetin atmosferində mövcudluğu bioloji proseslərin baş verdiyini göstərə biləcək maddələrdən biridir.
Bununla yanaşı, tədqiqat göstərir ki, oksigenlə zəngin atmosfer Yerin daimi xüsusiyyəti deyil. Müəlliflərin hesablamalarına görə, belə atmosfer planetin tarixinin yalnız 20–30 faizini əhatə edə bilər.(qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 17 Sentyabr 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















