Yerə bənzəməyən qəribə planet kəşf EDİLDİ
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Astronomlar Günəş sistemindən kənarda yeni planet növü aşkar ediblər.
Milli.Az xəbər verir ki, tədqiqat zamanı James Webb Space Telescope və digər teleskopların məlumatlarından istifadə olunub.
Mütəxəssislərin araşdırdığı L 98-59 d adlı ekzoplanet Yer kürəsindən təxminən 35 işıq ili uzaqlıqda yerləşir və kiçik qırmızı ulduzun ətrafında dövr edir. Planetin ölçüsü Yer kürəsindən təxminən 1,6 dəfə böyükdür.
Alimlərin fikrincə, bu planetin atmosferində hidrogen sulfid kimi kükürd tərkibli qazlar mövcuddur. Məhz bu maddə çürük yumurta qoxusu ilə tanındığı üçün planetin belə qoxuya malik ola biləcəyi ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, planetin səthi ehtimal ki, ərimiş silikatlardan ibarət lava və geniş maqma okeanı ilə örtülüb. Bu xüsusiyyətlər onu indiyədək məlum olan planet kateqoriyalarından fərqləndirir və yeni ekzoplanet sinfi kimi qiymətləndirilməsinə səbəb olur.
Alimlər hesab edirlər ki, bu kəşf kainatda mövcud olan planetlərin düşündüyümüzdən daha müxtəlif olduğunu göstərir. Araşdırmanın nəticələri Nature Astronomy jurnalında dərc edilib.
Milli.Az
Baxış sayı:84
Bu xəbər 18 Mart 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















