Yerin ən böyük səhrasında bir dənə də qum yoxdur: Harada yerləşir?
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yer üzündə səhra deyildikdə əksər insanların ağlına yandırıcı istilər və sonsuz qum təpələri gəlir. Lakin dünyanın ən böyük səhrası tamamilə fərqli görünüşə malikdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox Weather” nəşri yazır.
Məlumata görə, dünyanın ən böyük səhrası qalın buz təbəqələri ilə örtülmüş donmuş materik — Antarktidadır.
Geologiyada səhralar temperatura görə deyil, yağıntının miqdarına əsasən təsnif edilir. NASA-nın məlumatına görə, səhraların əsas xüsusiyyəti il ərzində yağıntının son dərəcə az olması və rütubət çatışmazlığıdır.
Bu meyara əsasən Antarktida təkcə Yer kürəsinin ən soyuq və ən küləkli materiki deyil, həm də ən quraq ərazilərindən biridir. ABŞ Antarktida Proqramının məlumatına görə, burada ildə cəmi təxminən 5 santimetr yağıntı düşür.
Təxminən 14 milyon kvadrat kilometr əraziyə malik olan Antarktida sahəsinə görə Saxara səhrasını təxminən 1,5 dəfə üstələyir. Burada küləklərin ərazi boyunca sovurduğu qar yeni yağan qar deyil, güclü küləklərin davamlı şəkildə hərəkət etdirdiyi qədim buz kristallarıdır.
Yağış və ya qar şəklində yeni yağıntının demək olar ki, olmamasına baxmayaraq, bu nəhəng quru sahəsi kilometrlərlə qalın buz qatının altında qalır. Antarktidada dünya üzrə buz ehtiyatlarının təxminən 90 faizi və şirin su ehtiyatlarının 70 faizi cəmləşib.
Məhz bu son dərəcə quraq və mənfi temperaturlu şəraitə görə "NASA” Antarktida səhrasını tez-tez Marsla müqayisə edir. Agentlik Marsa göndərilən robotları da əvvəlcə bu materikdə sınaqdan keçirib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 İyul 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















