Yerin ikinci daxili nüvəsi kəşf edildi Əvvəlki fikirlər kökündən dəyişilir
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq Seysmoloji Mərkəz Yerin içərisində əvvəllər məlum olmayan təbəqənin - ikinci daxili nüvənin aşkar edildiyini bildirib.
News24.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Geophysical Research (JGR): Solid Earth" jurnalında dərc olunub.
Alimlərin fikrincə, bu kəşf planetin quruluşu ilə bağlı formalaşmış fikirləri kökündən dəyişdirir. Yeni quruluşun kəşfindən əvvəl ümumiyyətlə qəbul edilirdi ki, Yerin quruluşu dörd əsas təbəqədən ibarətdir: yer qabığı, mantiya, xarici və daxili nüvələr.
Yeni nüvə minlərlə seysmik dalğa qeydini təhlil edən innovativ alqoritm sayəsində müəyyən edilib. Tədqiqatçılar deyirlər ki, təxminən 5000°C temperaturda isti daxili nüvə fiziki xüsusiyyətlərinə görə fərqlənən iki təbəqədən ibarətdir.
Əsas amil seysmik dalğaların davranışındakı fərqlər idi: onlar ekvator və Yerin fırlanma oxu boyunca fərqli şəkildə yayılırlar. Aparıcı tədqiqatçı Coan Stivenson deyir ki, izah edib ki, bu anomaliyalar planetin soyumasının müxtəlif mərhələlərində baş verən dəmir strukturunda baş verən dəyişikliklərlə bağlı ola bilər.
İkinci daxili nüvənin yaranma mexanizmi hələki, sirr olaraq qalır.\\teleqraf.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Yanvar 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















