Yerlər dolduğu üçün 700 məhkumu azad etdilər
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada həbsxanalarda yer çatışmazlığı problemini həll etmək üçün 700 məhkum azadlığa buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə The Telegraph” nəşri məlumat yayıb.
“Bu gün oğurluq, zorakılıq cinayətləri və məişət zorakılığı da daxil olmaqla müxtəlif cinayətlərə görə məhkum edilmiş 700 nəfər azadlığa çıxıb. Onların hamısı 575 gündən az müddət həbsdə olub və cəzalarının üçdə birini çəkdikdən sonra azad ediliblər”, - nəşr qeyd edib.
Böyük Britaniyanın Ədliyyə Nazirliyi isə hazırda kişi həbsxanalarında mövcud olan 84 953 yerdən cəmi 1134 yerin boş olduğunu açıqlayıb.
Bundan əlavə, növbəti 10 ay ərzində təxminən 4500 məhkum vaxtından əvvəl azad ediləcək və hər qrupda daha uzun müddətə məhkum edilmiş şəxslər olacaq. Son qrupda 12 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər yer alacaq.
Ədliyyə Nazirliyi azadlığa buraxılan bütün məhkumların azad edildikdən sonra 48 saat ərzində elektron qolbaqlar taxacaqlarını bəyan edib.
Qeyd edək ki, 2024-cü ildən etibarən Böyük Britaniya hüquq-mühafizə orqanları həbsxanaların həddən artıq dolması səbəbindən məhkumları cəzalarının yarısını çəkdikdən sonra azad etmək imkanı əldə ediblər. İndiyədək bu proqram çərçivəsində təxminən 60 min nəfər azadlığa buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 01 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















