Icma.az
close
up
RU
Yerli brendlər niyə markalaşa bilmir? Marketoloq Manaf Namazov açıqladı

Yerli brendlər niyə markalaşa bilmir? Marketoloq Manaf Namazov açıqladı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Marketinq müasir dövrün ən vacib və dinamik sahələrindən biridir. Təəssüf ki, ölkəmizdə marketinqin inkişafı bəzi çətinliklərlə üzləşir. Həm beynəlxalq təcrübə, həm də yerli bazarın tələbləri, həmçinin sosial və iqtisadi amillər bu sahənin sürətli inkişafını çətinləşdirir. Yeniliklərə və dəyişikliklərə uyğunlaşmaq bəzən kifayət qədər çətin olur. Buna görə də marketinqin daha da inkişaf etməsi üçün bu sahədəki inkişafın qarşısındakı maneələri aşmaq vacibdir.

Moderator.az-a danışan marketoloq Marketoloq Marat Namazov  Azərbaycanda marketinqin inkişafına mane olan bir çox səbəbləri sadalayıb.

Marketoloqun fikirincə, marketinqin inkişafına mane olan əsas səbəb şirkətlərin marketinqə yetərincə dəyər verməməsidir:

 “Bunun da  başlıca səbəbi marketinqin işinin əslində nədən ibarət olduğunu bilməmələridir. Bir çox yerli şirkətlər elə başa düşür ki, marketinq sadəcə sosial media paylaşımlarından ibarətdir. Marketinqə kifayət qədər büdcə ayırmırlar və buna bir xərc olaraq yanaşırlar. Halbuki, doğru marketinqə ayrılan büdcə xərc yox, investisiyadır. Rəhbərlik marketinqin uzunmüddətli təsirlərini dərk etmir və ani nəticə gözləyir. Bundan əlavə, təcrübəli marketoloqların sayı azdır, çünki bazar hələ tam inkişaf etməyib. Bu səbəbdən də marketinq sahəsində akademik təhsil və praktiki biliklər arasında böyük uçurum var. Xaricdə təhsil almış və ya təcrübə qazanmış peşəkarlar üçün yerli bazar yetərincə cəlbedici deyil. Başqa bir səbəb bəzi sahələrin rəqabətsiz olmasıdır və rəqabət olmadığı üçün marketinqə ehtiyac duyulmur. Bu tip şirkətlər daha çox dövlət sifarişlərinə və tanışlığa əsaslanaraq işləyir, bu da marketinqə ehtiyacı azaldır. Bəzi hallarda istehlakçı davranışlarının düzgün analiz edilməməsi, müştəri məmnuniyyəti və bazar araşdırmalarının yetərincə aparılmaması,  şirkətlərin müştəri ehtiyaclarını deyil, sadəcə öz məhsullarını tanıtmağa fokuslanması, doğru atılmayan addımlar sahənin inkişafını geri salır. Müstəqillik əldə etməyimizdən çox qısa zaman keçdiyi üçün yerli brendlərin inkişafı da ləngiyir. İstehlakçılar yerli brendlərə yox, xarici brendlərə üstünlük verirlər. Yerli brendlərdə isə markalaşma strategiyası zəif qurulur və emosional bağ yaratmaqda çətinlik çəkirlər”.

 Marketoloq hesab edir ki, problem varsa,  təbii ki, onun həlli də var. Həll yolu olaraq şirkət rəhbərləri marketinqin əhəmiyyətini başa düşməli və bu sahəyə daha çox investisiya qoymalıdırlar:

“ Yerli brendlərin tanınması və inkişafı üçün dövlət və özəl sektor birgə təşəbbüslər yaratmalıdır. Dijital marketinqin potensialı maksimum istifadə olunmalı, müştəri analitikası və data-driven strategiyalar tətbiq edilməlidir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri