Icma.az
close
up
RU
Yerli istehsalı ləngidən səbəblər: Dərman biznesi ilə məşğul olanlar kimlərdir?

Yerli istehsalı ləngidən səbəblər: Dərman biznesi ilə məşğul olanlar kimlərdir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Tez-tez dərman preparatlarından zəhərlənmə halları ilə bağlı xəbərlər eşidirik. Təəssüf ki, bəzən bu zəhərlənmələr insan həyatını itirməsi ilə nəticələnir. Əslində, sağlamlığımızı bərpa etmək üçün istifadə etdiyimiz dərmanların özü təhlükə mənbəyinə çevrilib, desək, doğru olar. Bəs bunun səbəbi nədir? İdxal edilən dərmanların keyfiyyətinə nəzarət hansı səviyyədədir? Bazara daxil olan dərmanların sertifikatlaşdırılması və təsdiqlənməsi lazımi qaydada həyata keçirilirmi?

Mövzuyla bağlı Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycana idxal olunan bütün dərmanlar Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən nəzarət olur və  nəzarətdən keçməyən  dərmanların Azərbaycana gətirilməsi və satılması qadağandır:

“Aptekdən aldığımız dərmanın içliyi Azərbaycan dilində olmalıdır. Əgər məlumat Azərbaycan dilində deyilsə, bu o deməkdir ki, dərman nəzarətdən kənar gətirilib. Yəni, qaçaqmal yolu ilə gətirilmiş dərmanlardır. Nəzarətdən keçən dərmanların hamısının məlumatları Azərbaycan dilində olur. Dərmanlardan zəhərlənmələrin mövcudluğu ondan ibarətdir ki, bəzən Azərbaycan həkimləri resept yazanda, xəstəni qəbul edərkən çalışırlar ki, heç bir iz qoymasınlar. Məsələn, resepti rəsmi blankda yazmırlar, adi kağızda yazırlar. Hazırda səhiyyə naziri elektron resept tətbiq etməyə çalışır, amma hələ buna nail olunmayıb. Üstəlik, bir sıra dərmanlar reseptsiz buraxılır, hansı ki, bir çox ölkələrdə reseptlə satılır. İstehlakçılar aptekdə işləyənlərin sözünə baxıb dərman alırlar, yəni həkim təyinatı ilə almırlar. Bütün bunlar dərmanla zəhərlənmələrə gətirib çıxarır. Yeni dərmanları saxlamaq və qəbul etmək barədə istehlakçıların maarifləndirilməsi çox aşağı səviyyədədir. Azərbaycana bir çox ölkələrdən dərmanlar gətirilir və üç mindən çox dərmanın qiyməti dövlət tərəfindən tənzimlənir. Amma Azad İstehlakçılar Birliyi bəzi dərmanların qiyməti ilə qətiyyən razı deyil. Məsələn, Qalvus Met  dərmanı Manilada 51 manatdır, Türkiyədə 15 manatdır, Azərbaycanda isə 75 manatdır. Bir neçə dərman var ki, əhalinin qiymətlərlə bağlı böyük narazılığı var. Dövlət bu məsələlərə həssas yanaşmalıdır və tənzimlənən dərmanların qiymətlərinin aşağı salınması vacibdir. Bir sözlə, problemlərdən biri dərmanın keyfiyyətsizliyi, dərmanın təsirsizliyidir. Bunun sübutu isə ölkədəki alman apteklərinin mövcudluğudur”.

E.Hüseynov qeyd edir  ki,  alman aptekləri haqqında danışarkən qeyd etmək lazımdır ki, burada satılan dərmanlar Azərbaycanda baha qiymətə satılır, çünki bu dərmanlar dövlətin tənzimləmə siyasətinə tabe olmur və əhalinin imkanlı hissəsi, daha yaxşı dərman axtarışında alman apteklərinə üz tutur:

“Bu, yerli istehsalın aşağı səviyyədə olması ilə də əlaqəlidir. Bir neçə il əvvəl Pirallahıda müasir dərman istehsalı üçün yüksək texnologiyalara sahib bir zavod açıldı. Lakin təəssüflər olsun ki, bu zavod öz potensialının çox az bir hissəsini istifadə edir və yalnız kiçik miqdarda dərman istehsal edir. Dövlətin bu zavodun tam gücü ilə işləməsi üçün iş aparması vacibdir. Zavoda böyük investisiyalar qoyulub, amma yerli dərman istehsalının yavaşlamasının səbəbi budur ki,  dövlətin dərman siyasətini müəyyən edən şəxslər aktiv şəkildə dərman biznesi ilə məşğuldurlar. Bu insanlar əsasən Milli Məclisdə təmsil olunurlar və yerli dərman istehsalı siyasətini bloklayırlar. İnsanların yerli dərmanlara inamını artırmaq və bu dərmanların əlçatan olmasını təmin etmək çox vacibdir. 

Bununla yanaşı, çox sayda ölkələrdə dərman distribyutorları dərmanların təsirini, yan təsirlərini tədqiq edərək, bu məlumatları müvafiq orqanlara təqdim edirlər. Azərbaycanda isə bu proses inkişaf etməyib. Azad İstehlakçılar Birliyi dərmanların yan təsirlərinin izlənməsi məsələsində maraqlıdır və bu məqsədlə bir baza yaradılmasının vacibliyini qeyd edir. Hər bir distribyutor öz dərmanlarının yan təsirlərini izləyib qeyd etməli, bu məlumatları istehsalçı şirkətə ötürməlidir. Lakin Azərbaycanda bu işlərin şəffaf şəkildə aparılmaması ciddi problemə çevrilib. Dərmanların yan təsirlərinin izlənməsi və ictimailəşdirilməsi üçün bir elektron baza yaradılmalıdır. Bunun şəffaflığı məsələsi isə Azərbaycanda çox aşağı səviyyədədir. Bu, böyük bir elektron biznes layihəsi ola bilər və bunun həyata keçirilməsi üçün həm dərman distribyutorları, həm də Səhiyyə Nazirliyi maraqlı olmalıdır. Lakin indiki halda şəffaflıq yoxdur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri