Icma.az
close
up
RU
Xaricdə təhsil: bu universitetlərin diplomu niyə tanınmır?

Xaricdə təhsil: bu universitetlərin diplomu niyə tanınmır?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə xaricdə təhsil almaq istəyən tələbələrin sayı artıb.

Daha keyfiyyətli təhsil almaq, beynəlxalq mühitdə təcrübə qazanmaq və qlobal əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün gənclər müxtəlif ölkələrə üz tuturlar. Lakin bəzi hallarda xaricdə alınan diplomların Azərbaycanda tanınmaması problemi ortaya çıxır. Bu, məzunlar üçün ciddi çətinliklər yaradır və onların əmək bazarında öz bilik və bacarıqlarını tətbiq etmələrini məhdudlaşdırır. 

Bu problemin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib ki, bu problemin yaranmasında əsas səbəb akkreditasiyası olmayan universitetlərə qəbul olunmaqdır: 

"Əgər bir universitet öz ölkəsində rəsmi tanınmırsa, onun diplomunun Azərbaycanda da tanınmaması normaldır. Digər bir səbəb isə qəbul prosesində heç bir akademik göstəricinin tələb olunmamasıdır. Məsələn, ABŞ və ya Avropada bəzi universitetlər tələbələrdən heç bir dil sertifikatı və ya akademik göstərici istəmədən qəbul edirlər. Belə universitetlər, əsasən, kommersiya məqsədilə fəaliyyət göstərir və diplomları risk altındadır. Bundan əlavə, distant və ya onlayn proqramlar da bəzi hallarda tanınmaya bilər, çünki hər ölkənin bu tip təhsilə yanaşması fərqlidir. Bəzi hallarda universitetlər maliyyə problemlərinə görə bağlanır və tələbələr ortada qalır. Məsələn, Fransada HEIP universiteti belə bir hadisə ilə üzləşib".

Aisa Aslanova: Qəbul olmaq istədiyiniz universitetin fəaliyyət istiqamətini, tarixini yoxlanılmalıdır

Onun sözlərinə görə, bu cür problemlərlə qarşılaşmamaq üçün universiteti ciddi araşdırmaq lazımdır:

"Universitetin fəaliyyət istiqaməti, tarixi, milli və beynəlxalq reytinqi diqqətlə yoxlanmalıdır. Mütləq həmin universitetin rəsmi akkreditasiyasının olub-olmadığını öyrənmək vacibdir. Əgər hansısa şübhə varsa, Azərbaycan Elm və Təhsil Nazirliyi ilə məsləhətləşmək və ya universitetin beynəlxalq ofisinə müraciət etmək tövsiyə olunur. Əgər sizə dil biliyi olmadan və ya heç bir akademik göstərici tələb olunmadan qəbul təklif edilirsə, bu, ciddi bir riskdir. Dünyanın nüfuzlu universitetləri IELTS, TOEFL, SAT, GRE və ya GMAT kimi beynəlxalq imtahan nəticələrini tələb edir. Əgər universitet bunları istəmirsə, deməli, orada təhsilin keyfiyyəti və diplomun etibarlılığı şübhəlidir. Bundan başqa, qəbul üçün heç bir müsahibə və ya imtahan olmadan qəbul edilmək də şübhəli məqamdır".

Mütəxəssis qeyd edib ki, təhsil müddətinin həddindən artıq qısa olması da diqqət edilməli nüansdır. Həmsöhbətimizə görə, əgər tələbənin göstəricilər yüksəkdirsə, Böyük Britaniya, ABŞ və Almaniya ən yaxşı seçimlər arasındadır.

"Standart bakalavr təhsili 3-4 il, magistratura dönəmi isə 1-2 il çəkir. Əgər sizə 6-12 ay ərzində diplom vəd edilirsə, bu, ciddi problemlərin göstəricisidir. Əgər göstəricilər bir qədər aşağıdırsa, Şərqi və Mərkəzi Avropa ölkələri – Macarıstan, Polşa, Litva, Latviya və Estoniya da yaxşı alternativlərdir. Burada təkcə dünya reytinqinə deyil, milli reytinqə də baxmaq vacibdir. Məsələn, Vilnius Universiteti Litvanın ən yaxşı universiteti olduğu üçün diplomlarının tanınmaması mümkün deyil. Ümumən, xaricdə təhsil almaq istəyən tələbələr universitet seçimini çox diqqətlə etməlidir. Akkreditasiyası olmayan və şübhəli qəbul qaydalarına malik universitetlərə müraciət etmək, həm vaxt, həm də pul itkisinə səbəb ola bilər. Təhsil Nazirliyinin və beynəlxalq akkreditasiya qurumlarının tövsiyələrinə uyğun seçim etmək ən təhlükəsiz yoldur".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri