Yermolay Soljenitsın: COP29 Azərbaycanı investisiya və əməkdaşlıq üçün cəlbedici məkana çevirdi
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 14 may, AZƏRTAC
Düşünürəm ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə olduqca uğurlu bir nəticə əldə etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” adlı panel müzakirəsində “McKinsey & Company” şirkətinin tərəfdaşı Yermolay Soljenitsın deyib.
O bildirib ki, COP29 tədbiri Azərbaycanın beynəlxalq miqyasda daha geniş tanınmasına və region olaraq investisiya üçün cəlbedici məkan kimi mövqeyinin möhkəmlənməsinə səbəb olub.
“Düşünürəm ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə olduqca uğurlu bir nəticə əldə etdi. Bu tədbir təkcə qlobal iqlim müzakirələrinin irəliləməsinə deyil, eyni zamanda insanların regionu daha yaxından tanımasına, onun turizm və investisiya baxımından nə qədər cəlbedici məkan olduğunu kəşf etməsinə şərait yaratdı”, - deyə o, qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 May 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















