Icma.az
close
up
RU
“Yerüstü və yeraltı keçidlərdə işləməyən lift və eskalatorlar təhlükəlidir” Eldəniz Cəfərov

“Yerüstü və yeraltı keçidlərdə işləməyən lift və eskalatorlar təhlükəlidir” Eldəniz Cəfərov

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar yerüstü piyada keçidlərində lift və eskalatorların işləməməsi ilə bağlı narazılıqlar artır. Bəzi keçidlər baxımsız vəziyyətdədir və xüsusən yaşlı və xəstə insanlar üçün pilləkənlə hərəkət etmək çətinlik yaradır.

Buna görə də bir çox insanlar təhlükəli olsa da, yolu birbaşa keçməyə üstünlük verirlər.

Bəs işləməyən lift və eskalatorların mövcud vəziyyətini necə qiymətləndirmək olar?

Gununsesi.info-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov mövzunu belə şərh edib

“Həqiqətən də müşahidə edirik ki, yerüstü və yeraltı keçidlərin bir çoxunda liftlər və eskalatorlar işlək vəziyyətdə deyil, bu isə insanların yolu digər tərəfə keçməsində çətinlik yaradır. Xüsusən ahıl və əlilliyi olan insanlar üçün bu vəziyyət ciddi problemə çevrilir” .

Eldəniz Cəfərov vurğulayıb ki, məsələnin həlli yolları Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturu təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında da nəzərdə tutulub.

“Proqramda qeyd olunub ki, illər ərzində həmin keçidlərdəki liftlər və eskalatorlar təmir edilərək vətəndaşların istifadəsinə veriləcək və bunun üçün məsul qurumlar da göstərilib.

Yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməmək, xüsusən magistral yolların ərazilərində, piyadaların həyatını təhlükəyə atır. Ağır qəzalar və faciələr baş verir. Buna görə də düşünürəm ki, liftlər və eskalatorlar nə qədər tez təmir olunarsa, yollarda insan itkisinin qarşısını almaq da bir o qədər mümkün olacaq”-deyə o əlavə edib.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri