Icma.az
close
up
RU
“Tıxacların əsas səbəbləri şəhərsalmada olan nöqsanlar və tikinti özbaşnalığıdır” Eldəniz Cəfərov

“Tıxacların əsas səbəbləri şəhərsalmada olan nöqsanlar və tikinti özbaşnalığıdır” Eldəniz Cəfərov

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ümumi, obyektiv təhlil aparsaq, görərik ki, ümumilikdə Bakı və ətraf ərazilərdə yaranan sıxlığın, daha sonra bu sıxlığın tıxaca çevrilməsinin əsas səbəbləri şəhərsalmada olan nöqsanlar və tikinti özbaşnalığıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib:

“Tıxac olan yolları araşdıranda görürük ki, orada müəyyən darboğazlar mövcuddur. Buna ‘bottleneck effekti’ deyilir. Avtomobillər müəyyən sürətlə hərəkət edir, sonra sürət azalır, yol daralır və keçid daraldığına görə sıxlıq yaranır. Sıxlıq isə tıxaca çevrilir. Bakı–Sumqayıt yolunda da bu cür darboğazlar kifayət qədərdir.

Hamımızın bildiyi kimi, Ekoloji Post istiqamətində, Xırdalan dairəsi adlandırılan ərazilərdə də bu sıxlıqlar mövcuddur. Daha sonra Masazır–Xırdalan ərazisində də analoji sıxlıqlar yaranır. Yəni bu sıxlıqlar, bu tıxaclar əslində avtobus zolaqlarının təşkil olunmasına görə yaranmayıb. Qeyd etdiyim kimi, bu problemlərin kökündə tamamilə başqa məsələlər dayanır. Əsasən bunlar vaxtilə yol infrastrukturunda, şəhərsalmada buraxılmış nöqsanlarla bağlıdır”

Ekspert vurğulayıb ki, Bakıda avtobus zolaqları, velosiped zolaqları çəkilməli və şəhər mühitində hər kəsin sərbəst hərəkəti təmin olunmalıdır:

“Bu məqsədlə də şəhər mobilliyi və mobilliyin transformasiyası layihələri həyata keçirilməyə başlanılıb. Hal-hazırda Bakıda mobilliyin transformasiyası layihəsi icra olunur.

Ona görə də düşünürəm ki, eksperimentlərdən çəkinmək lazım deyil. Amma istənilən halda həm ictimai nəqliyyatın – avtobuslardan istifadə edən vətəndaşlar üçün, həm piyada vətəndaşlarımız üçün, həm də sürücülər üçün müəyyən şərait yaradılmalıdır. Elə olmalıdır ki, hər kəs sərbəst hərəkət edə bilsin. Bunun üçün yol infrastrukturuna yenidən baxılmalıdır və bu məsələlərin həlli üçün əslində yol xəritəsi mövcuddur.

 Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı artıq qəbul edilib və bu işlər həmin proqram əsasında həyata keçirilir. Bakının çıxışlarında – istər Xırdalan istiqamətində, istər Sumqayıt istiqamətində – əlavə dairəvi yolların, yolötürücülərinin, körpülərin tikilməsi nəzərdə tutulub və bu proses artıq davam edir. Layihələndirmə işləri də başa çatdırılıb. Bakı şəhərinin özündə də bir neçə yerdə işlər aparılır ki, 2025–2030-cu illər ərzində Bakı və ətraf ərazilərdə sıxlıq və tıxac problemi aradan qaldırılsın”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri