Icma.az
close
up
RU
“Yetim Sabir”in adamları tutuldu Bakıda ƏMƏLİYYAT

“Yetim Sabir”in adamları tutuldu Bakıda ƏMƏLİYYAT

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Kriminal avtoritet “Yetim Sabir”in adamları Bakıda saxlanılıb. Onlar külli miqdarda narkotik vasitə satışı və istifadəsi ittihamı ilə həbs ediliblər. Onlardan biri saxlanılmadan bir həftə əvvəl Türkiyədə “Yetim Sabir”lə görüşdə olub.
Pravda.az Musavat-a istinadla xəbər verir ki, həmin şəxs 21 yaşlı Hüseyn Əliyevdir. Naxçıvanda, Babək rayonunda anadan olan Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
İttihama görə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilib. Həmin gün Hüseyn Əliyevlə yanaşı daha 14 nəfər saxlanılıb. Daha sonra onlardan bir neçəsinin də üzərindən narkotik vasitə aşkar edildiyindən barələrində müvafiq maddələrlə ittiham irəli sürülüb. Saxlanılan şəxslərin də “Yetim Sabir”ə yaxınlığı olduğu bildirilir.
Hüseyn Əliyevin işi ayrıca icraata verilib. Onun sözlərinə görə hadisədən bir həftə əvvəl Türkiyədə olub. O, dostu Kamranın dəvəti ilə Türkiyəyə istirahət üçün getdiyini, “Yetim Sabir”lə də görüşdüyünü etiraf edib.
Onun ifadəsindən məlum olub ki, saxlanılanlardan 7 nəfərin üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O da həmin şəxslərin üzərinə baxış keçirilən zaman orada olub.
İttihamla özünü təqsirli bilməyən Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Yetim Sabir” kimi tanınan kriminal avtoritet mərhum Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılır. Onun Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsi ilə bağlı xəbərlər yayılsa da öz təsdiqini tapmadı. “Yetim Sabir”in Türkiyədə olması ilə bağlı məlumatlar var.
“Yetim Sabir” son olaraq kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə mübahisəsi ilə gündəmə gəlmişdi. Hətta “Yetim Sabir”in “Gəncəli Firdovsi” tərəfindən bıçaqlandığı bildirilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Fevral 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see300

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see170

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri