Icma.az
close
up
RU
Bakıda evə atəş açıb videosunu “Yetim Sabir”ə göndərdilər: Kriminal hesablaşmanın ilginc TƏFƏRRÜATI

Bakıda evə atəş açıb videosunu “Yetim Sabir”ə göndərdilər: Kriminal hesablaşmanın ilginc TƏFƏRRÜATI

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmkirli kriminal avtoritet “Yetim Sabir” üçün Bakıda sifariş yerinə yetirən uşaqlıq dostu saxlanılıb.

Həmin şəxs Bakıda qisas məqsədi ilə düşmənçilik etdikləri adamın evinə gedərək onun qapısına iki dəfə atəş açıb.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, bir neçə ay əvvəl “TikTok” sosial şəbəkəsində “Yetim Sabir” ilə kriminal aləmə yaxınlığıyla bilinən Adil adlı şəxs arasında mübahisə olub.

Tərəflər sosial şəbəkə hesablarından bir-birini təhqir ediblər. Daha sonra Adilin evinin qapısına iki dəfə atəş açılması ilə bağlı videogörüntü “TikTok”da paylaşılıb.

Bu hadisədən sonra polis Bakıda əməliyyat keçirib və 5 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılan Qismət adlı şəxs “Yetim Sabir”in uşaqlıq dostu olub və çox yaxın münasibətləri var.

Qismətlə Adili tanış edən də “Yetim Sabir” olub. “Yetim Sabir”in istəyi ilə Adillə Qismət Bakıda görüşüblər və bir müddət sonra yaxın dostluq münasibətləri yaranıb. Lakin aylar sonra Adillə “Yetim Sabir” arasında mübahisə yaranıb və bir-birlərinin kriminal aləmdəki yollarının doğru olmadığını deyiblər. Bu mübahisə sosial şəbəkə üzərindən aparılıb və tərəflər bir-birlərini təhqir ediblər.

“Yetim Sabir”lə Adil arasındakı davada Qismət birincinin tərəfini tutub. Həmin ərəfədə Qismətdə “Makarov” tapançası olub. Tapançanı da aylar əvvəl münasibətlər yaxşı olanda “Yetim Sabir”in göstərişi ilə Qismətə Adil veribmiş.

Mübahisə böyüdükdən sonra “Yetim Sabir” və Qismət Adili cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onun evinə gedərək qapısına iki dəfə atəş açıblar.

Qismət istintaqdakı ifadəsində “Yetim Sabir”lə əlaqələrinin olduğunu deyib. Bildirib ki, “Yetim Sabir”lə uşaqlıq dostudur.

Onun sözlərinə görə, “Yetim Sabir”in istəyi ilə Adil adlı şəxslə dostluq münasibətlərini möhkəmləndirib. Lakin bir müddət sonra Adil ona “Yetim Sabir”in yolunun doğru olmadığını, Sübhan adlı kriminal avtoritetin doğru yolda olduğunu deyib. Sübhanı dəstəkləməsini istəyib. Buna görə də aralarında mübahisə yaranıb.

“Mübahisə böyüyəndə Adil məni görüşə çağırdı. Görüşə gedəndə onun telefonuna zəng çatmadı. Sonra qayıdıb evə gəldim. Gördüm ki, “TikTok”da Sübhanla Adil video paylaşıb və guya mənim söhbətə gəlmədiyimi, qorxduğumu deyiblər. Mən də Adilin evinə getdim. Qapılarına iki güllə atdım. Bu zaman “Yetim Sabir”lə telefonla danışırdım və görüntülü ona hər şeyi göstərirdim”, - deyə Qismət ifadəsində qeyd edib.

Qismətin etdiyi hərəkəti “Yetim Sabir” “TikTok”da paylaşıb və bunu Adilin və onu dəstəkləyənlərin cəzalandırılması kimi şərh edib.

Hadisədən bir neçə saat sonra Qismət Bakını tərk etmək üçün Hava Limanına yollanıb. Qismət Hava Limanında saxlanılıb.

Əməliyyat zamanı Qismətin əlaqədə olduğu Fərid, Ümid və Nicat adlı şəxslər də saxlanılıb. Onlara məxsus evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Saxlanılanlara qarşı bir qrup şəxs halında odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə maddələri ilə ittiham irəli sürülüb.

Digər tərəfdən isə Adil saxlanılıb. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə ittiham irəli sürülüb.

Adil ifadəsində “Yetim Sabir”lə Türkiyədə görüşdüyünü, əvvəllər münasibətlərinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, Qismət onların qapısına iki dəfə atəş açanda anası evdə olub. Lakin anası atəş səslərini eşitməyib.

Məhkəmənin hökmü ilə Qismət 8 il azadlıqdan məhrum edilib. Adil və digər 3 nəfər isə hər biri 7 il azadlıqdan məhrum ediliblər.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri