Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Yetişmiş sosial sifariş

Yetişmiş sosial sifariş

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir ictimai və iqtisadi münasibətlər sistemlərində “sosial sifariş” olduqca mühüm amil hesab olunur. “Sosial sifariş” elə bir təkzibolunmaz arqumentdir ki, onun konkret bir cəmiyyətdə yetişməsi qaçılmaz olaraq dövlət siyasətinin bu və ya digər istiqamətində müvafiq korrelyasiyaların aparılmasını zəruri edir. Dünya ölkələrinin təcrübəsinə müraciət etsək görə bilərik ki, yetişmiş sosial sifarişin mövcudluğu dövlət aparatı üçün eyni zamanda müəyyən indikator rolunu oynayır. Belə ki, statistik göstəriciləri təhrif və etibarsız elan etmək mümkün olduğu halda cəmiyyətdə konkret məsələ ilə bağlı yetişmiş “sosial sifarişi” simulyasiya etmək çox çətin və kifayət qədər “bahalı” işdir. İstənilən hökumət yetişmiş sosial sifariş ilə hesablaşmaq məcburiyyətindədir. Əslində siyasi idarəetmədə qeyd olunan amilinin nəzərə alınması bilavasitə demokratik idarəçiliyin təzahürüdür.

Mahiyyət və məzmununa görə ən mürəkkəb sosial sifariş məhz siyasi münasibətlər sistemində özünü göstərir. Mövcud istiqamətdə yetişmiş sifarişin mövcudluğu sistemli islahatların aparılması, “kök” bağlamış əlaqələr şəbəkəsinin dağıdılması və cəmiyyətin ictimai təfəkküründə “daşlaşmış” stereotiplərin puç edilməsi kimi mürəkkəb sosial-siyasi və hətta psixoloji vəzifələrin icrasını qaçılmaz edir. Əlbəttə ki, sadaladığımız vəzifələrin icrası prosesi səs-küylü hadisə və qalmaqallar ilə müşayiət olunur. Elə ona görə də daim qalmaqal axtarışında olan siyasi spekulyant və demaqoqlar adətən yetişmiş sosial sifariş olan yerdə dolaşırlar.

Danılmaz faktdır ki, ölkənin siyasi həyatında maraqlı proseslərə müşahidə edirik, olay axtarışında olan “köhnə qəhrəmanlar” isə yenidən qalmaqal ovuna çıxıblar. Təqribən son beş il ərzində ölkədə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi partiyalar cəmiyyətdə həmrəylik və sabitlik mühitini təmin edən əsas önəmli siyasi instituta çevrilib. Bu gün müşahidə olunan bəzi proseslərə kənardan baxan zaman görünən həqiqət odur ki, kimlərsə siyasi partiyaların cəmiyyətin sağlam siyasi qüvvəsinə çevrilməsini həzm edə bilmirlər.

Məhz bu səbəbdən də onlar sağlam münasibətlərə yenə də mikrob salmağa çalışırlar. Bir zamanlar heç kim tərəfindən tanınmayan, siyasi münasibətlər sisteminin sanki unudulmuş ehtiyat oyunçularına çevrilmiş siyasi partiyalar bu gün iqtidar ilə əməkdaşlıq edir, dövlətin maraqlarını qoruyur, Milli Məclisdə təmsil olunur, açıq şəkildə seçkilərdə iştirak edir və müxtəlif təşəbbüslərin müəllifi olur. Əlbəttə ki, bu cür tendensiyalarının davamlı olması nəticəsində siyasi partiyalar mütləq olaraq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesinin lokomotivinə çevrilə bilər. Bu ehtimal isə kimlərisə çox narahat edir, çünki onlar üçün mövcud ssenarinin inkişafı siyasi partiyaları təzyiq və təxribat aləti kimi itirmək deməkdir.

Obyektiv mövqeyin qorunması naminə daha bir önəmli həqiqəti mütləq nəzərə almaq lazımdır. Belə ki, sistemli islahatların aparılması istənilən iqtidar üçün çoxsaylı çətinlik və risklər ilə müşahidə olunur. Bu səbəbdən də məhz güclü və iradəli hakimiyyət yeni siyasi konfiqurasiyanın formalaşması ilə əlaqədar konkret addımlar ata bilir. Unutmayaq ki, ölkəmizdə aparılan sistemli dəyişiklər sadəcə struktur və normativ dəyişikliklər ilə bitmir. Burada institusional dəyişikliklər qədər önəmli olan amil yanaşmaların dəyişilməsi və yeni münasibətlər sisteminin qurulmasıdır. Məhz gələcəyə yönəlmiş islahatlar ölkənin dayanıqlı inkişafını təmin edə bilər və məhz bu cür islahatlar suverenliyimizin toxunulmazlığının zəmanətidir. Siyasi dialoq mühiti isə yeni siyasi mədəniyyətin ərsəyə gəlməsini zərurətə çevirir.

Təsadüfi deyil ki, partiyaların fəaliyyətini nizamlayan “Siyasi partiyalar haqqında” yeni Qanuna qarşı çıxış edənlər də məhz dəyişilmək istəməyən, dəyişilmək üçün özündə güc tapmayan və siyasətdə rasional münasibətlərdən çəkinən radikallar olub. Bu həmin radikallardır ki, milli həmrəyliyə xidmət edən dialoqa qarşı çıxış edir və milli həmrəyliyə xidmət edən bütün təşəbbüsləri inkar edirlər. Radikalların sifarişli təbliğatı nəticəsində ölkəmizdə siyasi münasibətlər müstəvisində uzun illər ərzində qarşılıqlı etibarsızlıq mühiti yaşanırdı. Əlbəttə ki, bu cür mühit ilk növbədə ölkəmizin inkişafını və milli həmrəyliyi istəməyən qüvvələrin marağında olub.

Prezident İlham Əliyevin təkamül yolu ilə reallaşan mövcud istiqamətdəki siyasətinin strateji hədəfi ölkəmizdə gələcəkdə fəaliyyət göstərəcək siyasi partiyaları vətəndaşların fərdi inkişaf və özünütəsdiq, habelə yeni ideya və ictimai konsensus mənbəyinə çevirməkdən ibarətdir. İctimai konsensusun təzahürü olan partiyalar unutmamalıdırlar ki, onlar məhz siyasi dialoqun nəticəsində öz daşlaşmış “siyasi köşk” imicləri ilə vidalaşa biliblər. Ölkəmizin maraqlarını və artan beynəlxalq nüfuzunu aidiyyəti qlobal təşkilatlar müstəvisində qoruyan siyasi partiyalar isə əsl milli qüvvəyə çevrilirlər.

Sağlam münasibətləri inkar edən partiyaların hələ də mövcudluğu ölkənin siyasi sisteminin qapısını xarici müdaxilələr üçün açan açardır. Sözügedən məsələ isə bilavasitə milli təhlükəsizlik məfhumu ilə kəsişir. Milli dayaqları olmayan yalnız təxribat və manipulyasiya aləti kimi istifadə olunan partiyalar “vəhşi” demokratiyanın qalıqlarıdır. Bu mənada radikal və destruktiv yanaşmanı nümayiş etdirən partiyalar sağlam siyasi sistemin yırtığı hesab olunur. Odur ki, bu cür məsələlərdə güzəştlər və səhvlər bağışlanmaz fəsadlara gətirib çıxarda bilər. Milli təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərdə dövlət tərəfindən sərt mövqeyin sərgilənməsi labüddür və heç bir psevdodemokratik şüar bu mövqeyin nümayişinə mane ola bilməz.

Harada bir şübhə və ya təxribat varsa, oradan mütləq olaraq hər-hansı bir partiyanın adı çıxırdı. Harada siyasi qalmaqal yaşanırsa, orada da hansısa partiyanın adı çəkilirdi. Bu dövrləri hamımız çox yaxşı xatırlayırıq. İndi açıq şəkildə bəlli olur ki, niyə bəziləri partiyalarla bağlı aparılan islahatları aqressiv şəkildə qəbul edirlər. Onların aqressivliyi əslində islahatlara qarşı deyil, cəmiyyətimizdə yaşanan həmrəylik mühitinə qarşıdır.

Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir. Siyasi partiyalar müxtəlif siyasi proseslərin mərkəzində dayanan təsisatdır, bu səbəbdən də partiyaların sağlamlığı milli təhlükəsizliyin önəmli komponentlərindən biridir. Azərbaycanda aparılan partiya siyasətinin fəlsəfəsinin mərkəzində xalqın və dövlətin inkişafı naminə cəmiyyətdə olan potensialların səfərbər olunması ideyası dayanıb. Dayanıqlı inkişaf naminə partiyalar cəmiyyətin inteqrasiyasını təmin edən işlək mexanizmdir. Partiyalar eyni zamanda, siyasətdə fikir müxtəlifliyi və siyasi plüralizmi təmin edən işlək mexanizmdir. Cəmiyyətin mobilliyini təmin edən siyasi partiyalar dövlətin beynəlxalq rəqabətədözümlülüyünü də artırır.

Odur ki, siyasi dialoq bilavasitə demokratik münasibətlərinin ruhunu əks etdirən sosial-siyasi təzahürdür. Siyasəti əlçatan edən dialoq mühiti düşmənçiliyi sağlam rəqabətə çevirir və dövlətin inkişafı naminə cəmiyyətdə olan bütün potensialı səfərbər edir. Əldə olunmuş tarixi nailiyyətləri qorumaq və gələcək nəsillərin rifahı naminə uğurların daha da inkişaf etdirməsi üçün aparılan dialoq artıq sosial sifarişə çevrilib. Cəmiyyətdə ixtilaf və şübhə toxumlarının səpilməsinə son qoyulmalı, buna xidmət edənlər isə siyasi münasibətlər sistemindən amputasiya olunmalıdır. Cəmiyyətin birliyini qoruyan sağlam siyasi partiyalarının inkişafı nə qədər vacibdirsə, yalnız maniakal siyasi ambisiyalarının ödənilməsi ilə məşğul olanların siyasi münasibətlərdən kənar qalması da bir o qədər önəmlidir. Demokratik şüarlar və demaqogiya onların əsl təyinat və niyyətlərini gizlədə bilməz. Heç şübhəsiz ki, bütün təzyiq və təhdidlərə rəğmən, döyüş meydanında qalib gəlmiş Azərbaycan xalqı düşmənlərin əlində alət kimi istifadə olunan təxribatçı qüvvələri də layiq olduqları yerə otuzduracaq, öz ətrafında vətənpərvər milli qüvvələri birləşdirən siyasi partiyalar isə indidən sonra da demokratik təsisat kimi bu cəmiyyətin inkişafına xidmət edəcəklər.

politoloq Asif Adil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri