Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi necə tənzimlənir?
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri vəkil Vəfa Qədirova deyib. O bildirib ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur:
"Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir".
Vəfa Qədirova qeyd edib ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlər tərəfindən övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır:
"Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər".
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Yetkinlik yaşına çatmış şəxslərlə bağlı qanunda dəyişiklik edilməlidir DEPUTATDAN TƏKLİF
25 Sentyabr 2025 17:58
Ötən dövr ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adı dəyişdirilib
25 Sentyabr 2025 17:20
Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
19 Mart 2025 17:31
Ombudsman əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün
24 Dekabr 2024 09:46
Baxış sayı:88
Bu xəbər 28 Noyabr 2024 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















