Icma.az
close
up
RU
Yetkinlik yaşına çatmış şəxslərlə bağlı qanunda dəyişiklik edilməlidir DEPUTATDAN TƏKLİF

Yetkinlik yaşına çatmış şəxslərlə bağlı qanunda dəyişiklik edilməlidir DEPUTATDAN TƏKLİF

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün ölkə qanunvericiliyinin bəzi məcəllələrində, bir sıra müddəalarda dəyişikliklərin edilməsi ilə əlaqədar tələb yaranıb. Məsələn, “Yol hərəkəti haqqında” qanunda mobil telefondan istifadə ilə əlaqədar maddənin yenilənməsi müasir texnologiyalarla təmin olunan avtomobillərlə bağlıdır. Mütəxəssislər də bildirir ki, bu gün avtomobil hərəkətdə olmadan da, tıxacda olarkən telefondan istifadə edənlərin qəza törətdiyinin şahidi olmaq mümkündür.

Cinayət Məcəlləsində isə belə maddələrin sayı çoxdur. Sosioloqlar hesab edir ki, Məcəllədəki 152-ci maddənin dəyişdirilməsi vacib məsələdir. Belə ki, 152.1-ci maddədə qeyd olunub ki, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Maraqlısı odur ki, burada təzadlar ortaya çıxır. Nəyə görə 16, 17 yaşında parta arxasında əyləşən qızların cinsi əlaqədə olması cinayət hesab edilmir, lakin eyni yaşda qızın evlənməsi cinayət hesab edilir?

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, əslində yetkinlik yaşı əslində 18 yaşa çəkilməlidir:

“Görünür qanun qəbul olunarkən tibbi və digər aspektlərdən mütəxəssislərin rəyi nəzərə alınıb və indiyə qədər bu məsələ heç ictimaiyyətdə belə müzakirə olunmayıb. Nəticədə, qanunun bu maddəsin 16 yaşına çatmış nəinki qızların, hətta oğlanlarınd a cinsi əlaqədə olmaq hüququnu tanıyır. Eyni zamanda bu maddədə başqa ziddiyyətlər də görünür. Burada qeyd olunur ki, 16 yaşına çatmış şəxslərlə cinsi əlaqədə olma yaşı 2 il olmalıdır. Yəni 16 yaşında biri ilə 17, 18 yaşında şəxsin cinsi əlaqədə olması məsuliyyətə səbəb olmur. Amma 16 yaşda biri ilə 25-30 yaşında şəxsin cinsi əlaqədə olması cinayət məsuliyyəti yaradır. Bu qanunu qəbul edən Milli Məclisdir, layihəni hazırlayan isə Prezident Administrasiyası və Ədliyyə Nazirliyidir. Onlar bu məsələni diqqətdə saxlamalıdır. Düşünrəm ki, əgər biz emansipasiyanı, yetkinlik yaşına çatmanın yaşını 18 yaş olaraq qəbul etmişiksə, o zaman cinsəlliklə bağlı qadağanedici yaş normasını da 18 yaş olaraq dəyişdirməyimiz mütləqdir”.

Milli Məclisin deputatı, Ailə, Qadın və Uşaq komitəsinin üzvü Müşfiq Məmmədli deyir ki, Azərbaycan Sovetlər sistemindən sonra müstəqillik əldə etmiş ölkələrdəndir. Sovetlər dönəmində uşaq yaşı 16 yaşa qədər nəzərdə tutulurdu.

“Hətta xəstəxanalarda uşaq və böyük pedriatrik profilli xəstələr və böyük profilli xəstələrlə bağlı 16 yaş amili vardı. Qanunda bu yaşın qeyd olunması əvvəlki, yəni Sovet dövründən qalma məsələdir. Təbii ki, müstəqillik dövründən sonra qanunvericilikdə uyğunlaşdırmalar həyata keçirilmişdir. Çünki Azərbaycan Beynəlxalq Uşaq Konvesiyasına qoşulduqdan, BMT-nin bütün müvafiq aktlarına qoşulduqdan sonra ölkəmizdə də artıq 18 yaşına çatmayan hər bir şəxs uşaq sayılır. Artıq ölkəmizdə də qiymətləndirmə 18 yaş üzrə nəzərdə tutulur. Qaldırdığınız məsələ çox maraqlıdır. Çünki digər dəyişikliklərlə yanaşı qanunun bu hissəsində də dəyişikiyin edilməsinə gərək var. Mən bu məsələni daha da gündəmdə saxlanılması üçün çalışacam.Bu məsələni aktuallaşdırmaq mütləqdir”.

Görünən odur ki, ölkəmizdə Sovetlər dövründən qalma qanunvericilik aktlarının dəyişdirilməsi mütləqdir. Çünki köhnə qanunlar artıq yenilənən eramızda işləmir və boşluqlar şəxslərə müəyyən sui-istifadə hallarına üz tutmaq üçün fürsətlər yaradır. Həm hüquqşünaslar, həm də sosioloqlar bildirir ki, bu gün qanunlardakı bu cür məişət mövzularında boşluqların olmasına görə cəmiyyətin müəyyən fərdləri uçuruma gedir. Onların davranışları cəmiyyətin azyaşlı üzvlərinə bir növ “nümunə” olur və bu öz növbəsində “cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipini irəli çəkir. Kimlərsə 16-17 yaşında cinsi əlaqəyə girməyə meyillənir, münasibətdə olduğu şəxsə özünü 19-20 yaşında biri kimi təqdim edir. Cinsi əlaqənin nəticəsi hamiləlik təhdidini özü ilə gətirir. Nəticədə, kimlərsə hansısa təhdidlər səbəbindən “boyunduruq” altına düşür, təzminat ödəməli olur və s. Bəlkə də, cəmiyyət hələ də bu məsələnin aktuallaşmasını mentalitet baxımından doğru saymır, amma deputat Müşfiq Məmmədlinin də dediyi kimi, bu mövzunun aktuallaşması mütləqdir.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri