Icma.az
close
up
RU
Yevgeni Kukseviç, yoxsa İo Kio baba? YAZI

Yevgeni Kukseviç, yoxsa İo Kio baba? YAZI

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, futzal yığmamızın yeni baş məşqçisi Yevgeni Kukseviç oldu. Beləliklə, tarix təkrarlanır – “Araz-Naxçıvan”ın daha bir çalışdırıcısı millidə də eyni vəzifəni icarə edəcək.

Görəsən, bu post üçün rusiyalı mütəxəssislə birgə hansı namizədlər var idi? Bilmirik. Təyinatdan əvvəl yalnız Kukseviçin bu siyahıda olduğu haqda məlumat yayıldı və çox keçmədən rəsmi qərar verildi. Belədə, təbii ki, adı çəkilən məşqçinin bu vəzifəyə gətirilməsi birmənalı qarşılana bilməz. Hər halda, o, karyerası ərzində ilk dəfə milli komandanı çalışdıracaq.
Karyera demişkən, Kukseviçin klublarla bağlı iş yerlərinin sayı da çox deyil. O, hələ “Araz-Naxçıvan”ın baş məşqçisi təyin ediləndə haqqında ətraflı məlumatı təqdim etmişdik. Xatırladaq ki, məşqçi 2008-ci ildən bu peşə fəaliyyəti ilə məşğuldu. İlk iş yeri Rusiyanın “Sibiryak” komandası olub. Son 6 ildə yalnız “Norilski Nikel”in “sükanı arxasında” olub. Bu komandalar onun rəhbərliyi altında Rusiya kubokunu qazanıb, çempionatda iki dəfə 2-ci, iki dəfə də 3-cü yeri tutub. Adı çəkilən mütəxəssis 2017/18 mövsümünün sonunda jurnalistlər arasında keçirilən sorğuda Rusiyanın ən yaxşı məşqçisi sayılıb.
Göründüyü kimi, burda hansısa ciddi təcrübədən, parlaq uğurdan danışmaq çətindi. Bəs Azərbaycanın yüksək liqasında qazanılan çempionluq?! Yox, unutmamışıq. Ancaq U-19, “Yasamal Bakı” və “Şuşa” kimi zəif rəqibləri böyük hesablarla məğlub etmək, illərdi 2-3-cü pillələrdə qərarlaşmağa alışan “Baku Fire” və “Neftçi”ni qabaqlamaq qabardılacaq qədər önəmli nəticələr deyil. Əsas məsələ “Araz-Naxçıvan”ın Çempionlar Liqasında, millimizin isə qarşıdan gələn digər beynəlxalq turnirlərdə uğur qazanmasıdı. İş ondadı ki, növbəti dəfə “bir əldə iki qarpız” prinsipinə əsaslanan Futzal Federasiyası bu durumda parlaq qələbələrin xəyalını qura bilməz!
Teymur Eyvazov, Hacıbala Abdullazadə, Ağatahir Əzimov, İlkin Hacıyev, İlqar Aslanov kimi təcrübəli mütəxəssislərə güvənməmək öz yerində, Vitali Borisova daha bir il şans vermək mümkün idi. Axı komandanın təcrübəsiz gənc futzalçılardan qurulduğunu, uyğunlaşma və inkişaf prosesindən keçməkdə olduğunu bilirdik.
Borisov nə etməliydi? Heyətə sehirli xalat geydirdikdən sonra “amaravati, amaravati, çandrika, kintamani, kintamani, işvara” deyib bir göz qırpımında ən güclü olacağı dövrə aparmalıydı? Öz aramızdı, bəlkə Kukseviç məhz bunu etməyin yolunu tapıb? Çünki yalnız bu halda düzgün addım atıldığını deyə bilərik...
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri