Icma.az
close
up
RU
Yevlax Pilot Aqroparkında bu il 600 ton meyvə istehsalı proqnozlaşdırlır FOTO

Yevlax Pilot Aqroparkında bu il 600 ton meyvə istehsalı proqnozlaşdırlır FOTO

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlax Pilot Aqroparkına media-tur təşkil edilib.

APA-nın xəbərinə görə, jurnalistlər İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkı ilə tanış olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov aqroparkın ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Onun sözlərinə görə, ümumi ərazisi 2807 hektar ərazini əhatə edən Aqropark ölkəmizdə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət pilot aqroparkıdır: “Aqroparkın əsas fəaliyyət istqaməti kimi intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistika mərkəzinin yaradılması müəyyənləşdirilib. Yevlax Pilot Aqroparkın ümumi ərazisinin 1185 hektarı çoxillik əkinlər, 1298 hektarı birillik əkinlər, 141 hektarı sənaye zonası, 183 hektar isə kommunikasiya xətləri və mühafizə zolaqlarının təşkili üçün nəzərdə tutulub”.

Mətbuat katibi bildirib ki, hazırda Aqroparkda 2352 hektar ərazi üzrə 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib:

“Rezidentlərə uzunmüddətli subicarəyə verilmiş 2352 ha torpaq sahəsinin 1042 hektarı çoxillik əkmələr üçün 33 rezidentə, 1298 hektarı birillik əkinlər üzrə 2 rezidentə, 11.8 hektarı isə damazlıq yumurta istehsalı fabrikinin yaradılması üçün 1 rezidentə ayrılıb”.

E.Kazımov rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırıldığını, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradıldığını vurğulayıb: “İndiyədək 21 rezident tərəfindən 600 hektar ərazidə intensiv və superintensiv meyvə bağları salınıb, 10 hektarda tingçilik təsərrüfatı yaradılıb.

2025-ci ildə Aqroparkda 606 min ədəd ting istehsal olunub və 600 tondan çox meyvə istehsalı proqnozlaşdırlır.

Hazırda 11.8 hektar ərazidə illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta olan quşçuluq fabriki yaradılır. Ümumi layihə dəyəri 39 milyon manat olan fabrikin yaradılması üzrə indiyədək 34 milyon manat investisiya qoyulub və nəzərdə tutulan 51 daimi iş yerindən 39-u yaradılıb”.

Onun sözlərinə görə, istehsal olunan damazlıq yumurtanın idxalın qarşısının alınması ilə yanaşı ixracının həyata keçirilməsi də nəzərdə tutulur. Yevlax Pilot Aqroparkda rezidentlər dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri