Yeznəsini qoyun qayçısı ilə vuran şəxsə şərti cəza verildi
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qalib Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib.
İttihama görə, hadisə 03 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağsu rayonunda qeydə alınıb.
Belə ki, Qalib Fərzəliyev atasının evində oğlunu danlamağa başlayıb. Bu zaman Şamaxıdan atasıgilə qonaq gələn yeznəsi, 1979-cu il təvəllüdlü İlqar Şirinova ona irad bildirib. Sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Qalib maşından qoyun qırxmaq üçün istifadə edilən qayçını götürərək yeznəsinə bədən xəsarətləri yetirib.
Daha sonra Qalib Fərzəliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Kamal Məmmədov


