İlon Maskın atası Moskvadan heyranlıqla danışdı: “Qədim Roma ilə rəqabət apara bilər” KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Maskın atası Errol Mask Rusiyanın paytaxtı Moskva haqqında yüksək fikirlər səsləndirib. O, şəhərin möhtəşəm memarlığına və tarixi atmosferinə heyran qaldığını bildirib.
“Moskva öz gözəlliyi və gücü ilə Qədim Roma ilə belə rəqabət apara bilərdi. Orada hər şey nəhəngdir və insanı valeh edir. Bu şəhər mənə dərin təəssürat bağışladı,” – deyə Errol Mask jurnalistlərə açıqlamasında qeyd edib.
KONKRET.az xəbər verir ki, Mask Moskvaya dünyanın ən gözəl şəhərlərindən biri kimi baxdığını deyib və orada keçirdiyi vaxtdan böyük məmnunluq duyduğunu bildirib. Onun sözlərinə görə, Moskva müasirliklə qədim tarixin unikal vəhdətini təklif edir.
Qeyd edək ki, Errol Mask son illərdə verdiyi bəzi qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Onun Moskva ilə bağlı fikirləri də sosial şəbəkələrdə geniş rezonans doğurub.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 09 İyun 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















