Etiraz aksiyaları zamanı 2 polis yaralanıb
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bazar günü ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi şəkildə saxlanılmasına qarşı etirazlar zamanı iki polis əməkdaşı xəsarət alıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb.
Polisin məlumatına görə, motosikletdə olan iki nəfər halqanı yarmağa çalışıb, nəticədə iki asayiş keşikçisi xəsarət alıb. "Hər iki sürücü saxlanılıb. Polis əməkdaşlarına hadisə yerində tibbi yardım göstərilir", - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları Los-Ancelesin əsas avtomobil yolunu boşaltmağa çalışırlar. Yerli KİV-in məlumatına görə, etirazçılar polis əməkdaşları ilə toqquşub, onlara şüşə və daş atırlar. İğtişaşçılar azı beş avtomobili yandırıblar.
Baxış sayı:91
Bu xəbər 09 İyun 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















