Icma.az
close
up
RU
Yığma yenə uduzdu, yenə oyunu ilə ölkəni məyus etdi

Yığma yenə uduzdu, yenə oyunu ilə ölkəni məyus etdi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə oyunu
Azərbaycan – İslandiya 0:2 (0:2)

12. Aydın Bayramov
3. Rüfət Abbasov
5. Anton Krivotsyuk 
4. Bəhlul Mustafazadə
14. Elvin Bədəlov
13. Abbas Hüseynov
20. Abdulla Xaybulayev
(22. Anatoli Nuriyev, 84) 
8. Emin Mahmudov (k) 
(11. Rüstəm Əhmədzadə, 60) 
19. Xəyal Əliyev
(17. Rüfət Abdullazadə, 72) 
7. Toral Bayramov
(16. Ceyhun Nuriyev, 60) 
10. Nəriman Axundzadə 
(9. Renat Dadaşov, 72) 
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
23. Rza Cəfərov
2. Rəhman Daşdəmirov
15. Bədavi Hüseynov
18. Cəlal Hüseynov 
21. Qismət Alıyev
6. Səbuhi Abdullazadə
1. Elias Rabn-Oulafsson
14. Mikael Ellertsson
3. Daniel Leo Qretarsson
5. Sverrir İnqason
4. Viktor Palsson
9. Haukon Arnar Haraldsson (k)
8. İsak Berqmann Yohannesson
(16. Stefan Teytur Tourdarson, 90)
7. Yohann Qudmundsson
(11. Youn Daqyur Torsteynsson, 68)
20. Kristian Hlinsson
(21. Daniel Qudyonsen, 68)
22. Andri Qudyonsen
(15. Bryunyolfur Vidlyumsson, 68)
10. Albert Qudmundsson
(6. Gisli Tordarson, 90+1)
Ehtiyat oyunçular
12. Haukon Valdimarsson
13. Anton Eynarsson
17. Aron Qunnarsson
18. Andri Baldursson
19. Byarki-Steydn Byarkason
23. Hördur Maqnusson
Baş məşqçi: Arnar Qunnlauqsson
Qollar: A.Qudmundsson, 20 (0:1). S.İnqason, 39 (0:2).
Vərəqələr: A.Xaybulayev, 31. V.Palsson, 49. B.Mustafazadə, 62. B.Vidlyumsson, 69. R.Əhmədzadə, 83. A.Krivotsyuk, 85 – sarı.
Hakim: NİKOLA DABANOVİÇ, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (hamısı Monteneqro).
VAR hakimi: Momçilo Markoviç (Serbiya).
VAR hakiminin köməkçisi: Aleksandar Jivkoviç (Serbiya).
Hakim-inspektor: Paolo Valeri (İtaliya).
UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus).
13 noyabr. Bakı. 8-ci km stadionu. 4300 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
7 (1) qapıya (“çərçivə”yə) zərbə 17 (6)
8 künc zərbəsi 4
3 ofsayd 1
17 qayda pozuntusu 9
4 (0) sarı (qırmızı) vərəqə 2 (0)
38 topa sahibolma (faizlə) 62

Bəli, İslandiya sentyabrda Reykyavikdə yığmamızı darmadağın etmişdi. Bəli, yığmamızın Elnur Cəfərquliyev, Mahir Emreli, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev kimi itkiləri var idi. Ancaq Ayxan Abbasov baş məşqçi postuna gələndən sonra keçirilən oyunlarda müəyyən ümid qığılcamları yaranmışdı. Açıq deyək ki, yığmamızın bu oyunda xal, hətta qələbə qazana biləcəyinə inananların sayı çox idi. Çox təəssüf ki, ümidlərimizin ömrü qısa oldu. Ayxan bəy müdafiəyə yönəlik heyət seçimi, ayrı-ayrı futbolçular isə potensialından da aşağı səviyyədə çıxış etmək ilə futbolsevərləri sarsıtdı.
Baş məşqçi beşli müdafiə variant seçmişdi, bu üzdən oyun başlayan kimi bizimkilərin geri çəkilməsi, rəqibin isə təzyiqi get-gedə artırması təəccüb doğurmadı. Heyətdə yer alan iki debütandan biri Rüfət Abbasov ilk 20 dəqiqədə mandrajda oldu, o biri, yəni Aydın Bayramov da xilaskar olmadı.
Ümumiyyətlə, ilk yarıya nəzər alsaq, iki “dişə vurulası” hücum qurduq. 22-ci dəqiqədə sağ cinahla irəliləyən Toral penalty nöqtəsi üzərinə yaxşı ötürmə verdi, Xəyal zərbə vurmağa macal tapmadı. 27-ci dəqiqədə daha bir sürətli hücum zamanı Rüfət zərbə vurmasa da, Palsson topu meydandan çıxardı. Hə, bir də 12-ci dəqiqədə Nərimanın sayılmayan qolu var idi. Abdullanın ötürməsindən sonra ofsaydda olduğu göründü. Rəqibin qollarına gəlincə, çox sadə və müdafiə olunan tərəfin maraqları baxımından primitiv idi. 20-ci dəqiqədə rəqibin sol cinahdan hücumu zamanı Yohannesson cərimə meydançasına ötürmə verdi. Rüfət ofsayd qaydasını pozdu. Tam nəzarətsiz qalan Albert Qudmundsson isə Bəhlul və Antonun müşayiəti ilə hesabı acdı.
Hissənin sonunda vurulan qol da müdafiə xəttinin kobud səhvinin nəticəsi idi. Əslində Emin Mahmudovu da bu qolun günahına şərik etmək lazımdı. Kapitan cərimə meydançası yaxınlığında heç nədən qaydanı pozdu. Yohann Qudmundsson cərimə meydançasına ötürmə verdi, hava mübarizəsində Bəhlulu üstələyən İnqason topu qapıçının qorumadığı küncə göndərdi. Bu qol faktiki oyunun taleyini həll etdi. Azərbaycan yığması kimi zəif komandanın DÇ eşqi ilə alışıb-yanan rəqiblə oyunda geridönüş edəcəyinə inanmaq sadəlövhlük olardı.
Hər halda, Ayxan bəy fasilədə yetirmələrini qəhrəmanlığın mümkünlüyünə inandırmağa çalışmışdı, ya da artıq işinin öhdəsindən gələn rəqib belə oyuna şərait yaratdı - gerçəklik budu ki, bizimkilər 2-ci hissəyə həvəsli başladı. Hətta meydanın rəqibə aid hissəsində pressinq də edirdik. Bununla belə, 57-ci dəqiqədə qonaqlar 3-cü qolu vurmağa yaxın oldu, sadəcə, Andri Qudyonsenin zərbəsi zamanı Aydın yerindəydi. 64-cü dəqiqədə isə Rüstəm fərqi azalda bilərdi. Ceyhun Nuriyev cərimə meydançasının küncünə ideal ötürmə verdi, Rüfət hücumu davam etdirdi, Əhmədzadə zərbə vurmağa gecikdi. Ayxan Abbasov 72-ci dəqiqədə Rüfət Abdullazadə ilə Renat Dadaşovu da oyuna qoşdu. Abdullazadə bir dəqiqə sonra cərimə meydançasında yerdə qalsa da, hakim penalti nöqtəsini göstərmədi. İlk qoldakı səhvini unutdurmaq istəyən Rüfət 79-cu dəqiqədə uzaqdan möhtəşəm zərbə vursa da, qapıçı topu çıxardı.
Sonluq sərt mübarizə, sarı vərəqələr, bir də Anatoli Nuriyevin iki qol imkanını qaçırması ilə yadda qaldı. Xüsusən də 87-ci dəqiqədə Anatoli boş qapıya düşməyə borclu idi. Nuriyev 90+3-cü dəqiqədə də qeyri-dəqiq zərbə vurunca oyunun elə bu hesabla bitəcəyi aydın oldu. Beləliklə, daha bir acı məğlubiyyətlə üzləşən yığmamız bu gün Fransanı qəbul edəcək. Allahın bizə yazığı gəlsin!
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Noyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri