Icma.az
close
up
RU
Yığmamızın baş məşqçisi: Komandamız xarakter göstərdi

Yığmamızın baş məşqçisi: Komandamız xarakter göstərdi

Icma.az, Sportal.az saytına istinadən bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda Qazaxıstan yığması (2:1) ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Yadullayev AFFA-nın mətbuat xidmətinə açıqlamasında qrupdakı matçları dəyərləndirib:

“Ötən il də bu turnirdə iştirak etmişdik. Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi. Bu barədə komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik. Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi. Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi. Yeni gələnlərin özlərini doğrultmaları da sevindirici hal oldu. Sona qədər döyüşdükləri üçün futbolçularıma təşəkkür edirəm”.

Baş məşqçi fevralın 21-də Özbəkistan yığmasına qarşı keçiriləcək üçüncü yer uğrunda matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib: “Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadır. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Fevral 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri