Yıldız Tilbe: Ailə üzvlərim xəstəxanaya gələndə məni tanımadılar
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Məşhur türk müğənni Yıldız Tilbe sosial media paylaşımları və açıqlamaları ilə gündəmə gəlib. Məşhur müğənni axırıncı dəfə TV8-də yayımlanan “Gel Konuşalım” proqramına qonaq olub.
Kulis.az xəbər verir ki, ailəsindən danışan və 6 uşaqlı ailənin ən kiçiyi olduğunu bildirən müğənni uşaqlıqda yaşadığı qəza barədə dasnışıb:
“Məni görənlər "ay bu nə gözəl qızdır" deyərdi. Sonra göz dəydi. İçində qaynar su olan çaydan üstümə töküldü, yandım. Altı ay xəstəxanada qaldım. Ailə üzvlərim yanıma gələndə məni tanımadılar. Həkimlər "yaşamayacaq" dedilər, amma yaşadım.
59 yaşlı müğənni, sağ qulağının eşitmədiyini və bunun da qəza nəticəsində baş verdiyini açıqladı:
“Üstümə çay töküləndən sonra sağ qulağım eşitmə qabiliyyətini itirdi.”
Müğənni ən böyük peşmanlığının evlilik olduğunu qeyd edib
“Gərək 35-40 yaşına qədər evlənməyəydim”.
Bir qızı və iki nəvəsi olan müğənni qızını ekranlardan uzaq saxlamasının səbəbini belə açıqlayıb:
“Qızımın öz həyatı olsun istədim, buna görə ekrana çıxarmadım.”
"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı Səlim Babullaoğlunun kitabı Danimarkada nəşr olundu Məşhur aktrisa vəfat etdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 08 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















