Icma.az
close
up
RU
Yıldız Tilbe: İşləməsəm, ölərəm. İşləmək mənim yeganə dərmanımdır

Yıldız Tilbe: İşləməsəm, ölərəm. İşləmək mənim yeganə dərmanımdır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Türkiyəli məşhur müğənni  Yıldız Tilbe ötən gecə səhnədən çıxarkən görüntülənib. 


Sherg.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müğənni, qısa müddət əvvəl saçlarının yanmasından sonra onları qırxdırdığını bildirib: “Yandı, sağaldı, amma izləri qaldı,” – deyə qeyd edib.

Saçını özü rəngləyən Yıldız Tilbenin üzündə yanıqlar əmələ gəlmişdi. Müğənni bu barədə belə demişdi: “Bir daha saçımı boyamayacağam. Kimyəvi yanıq keçirdim.” 


Yeni layihələrindən də danışan Tilbe, keçən həftə və bu həftə iki yeni mahnı yayımladığını, gələn həftə də yeni bir mahnı çıxaracağını bildirib. Bu tempə necə uyğunlaşdığını soruşduqda isə belə cavab verib: “İşləməsəm, ölərəm. İşləmək mənim yeganə dərmanımdır.”

Yaxın günlərdə Şimali Kiprə konsert üçün gedərkən telefonunu evdə unutduğunu sosial mediada paylaşan Tilbe bu barədə belə deyib: “Bir az sıxıcı idi. Sosial mediaya çox öyrəşmişik, hamı qədər biz də asılı olmuşuq.”

İstanbulda baş verən son zəlzələ ilə bağlı danışan Yıldız Tilbe: “Evdə idim, çox qorxdum. Pişiklərim də qorxdu, vallah titrədim. Allah bir daha göstərməsin,” – deyib. “Zəlzələ çantanız kimi tədbirləriniz varmı?” sualına isə Tilbe özünəməxsus tərzdə cavab verib: “Zəlzələ çantası nə etsin, adamın üstünə bina uçursa...”

İstanbuldan köçməyi düşünmədiyini bildirən müğənni: “Nə olacaqsa, o olacaq. İnsan harada olsa da fərq etmir,” – deyib.

Sosial mediada onun adından açılan saxta hesablar barədə də danışan Yıldız Tilbe: “Yıldız Tilbe adı ilə mavi təsdiq işarəsi alıb siyasi paylaşımlar edənlər var. Halbuki mənim heç vaxt siyasi paylaşımım olmayıb, ola da bilməz. Şikayət etdim, bağlanmadılar; mən bağlandım! Nə deyəcəyimi bilmirəm. Buradan bir daha şikayət edirəm,” – deyib.

Sonda isə mahnı oxuyarkən ağız hərəkətlərinin təqlid edilməsindən narahat olduğunu ifadə edən Tilbe belə deyib: “Məni təqlid edirlər, ağızlarını geniş açaraq danışırlar. Allah onların ağızlarını açsın da necə bilirlərsə, elə də buraxsın. Doğrudan çox əsəbiləşirəm. Mən uşaqkən yandım; ona görə də üzümün sağ və sol tərəfi bir deyil.” 

Üzündə uşaqlıqda keçirdiyi yanıq səbəbilə deformasiyanın olduğunu bildirən müğənni, bundan sonra onu təqlid edənləri bloklayacağını da əlavə edib. Bu mövzu xatırladıldıqda isə belə deyib: “Tərbiyəsizlik! Nə deyə bilərəm ki? Tərbiyəsiz insanlar üçün ediləcək bir şey yoxdur. Allah bağışlasın,” – sözləri ilə fikirlərini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:496
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 May 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri