Icma.az
close
up
RU
Yılmaz Vural: “Qarabağ” Azərbaycanın göz bəbəyidir, bütün komandalar ondan çəkinir EKSKLÜZİV

Yılmaz Vural: “Qarabağ” Azərbaycanın göz bəbəyidir, bütün komandalar ondan çəkinir EKSKLÜZİV

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 noyabr, Cavid Əliyev, AZƏRTAC

Türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural AZƏRTAC-a eksklüziv müsahibə verib.

- Uzun illərdir “Qarabağ” komandası Azərbaycanı Avropada uğurlu şəkildə təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlıdır...

- “Qarabağ”ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm. Azərbaycan futbolda inkişaf etmək üçün bütün imkanlardan isifadə edir. Türkiyədə “Qalatasaray” və “”Fənərbağça”, Azərbaycanda isə Qurban Qurbanovun yetirmələri ölkə futbolunu irəli səviyyəyə çatdırmaq üçün çalışır. “Qarabağ” Azərbaycanın göz bəbəyidir. Onlar bundan sonra yalnız yüksək hədəflər uğrunda mübarizə aparmalıdırlar. Futbol təkcə idman deyil, həm də sosial həyatdır. Uğurlar gəldikcə xalqın fikirləri dəyişir. Bunu sizin təmsilçiniz çox yaxşı bacara bilib.

- Azərbaycan çempionu Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə İtaliya “Napoli”si ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?

- Futbolda düzgün qaydalarla və qorxmadan oynasan, istənilən rəqibi məğlub edə bilərsən. “Qarabağ” buna nümunə olacaq komandalardan biridir. Əvvəllər böyük klublar düşünürdü ki, “Qarabağ”dır, onları rahat məğlub edəcəyik. Lakin indi hər kəs sizin komandanızdan çəkinir. Çox uzağa getməyək, “Çelsi” ilə matçdakı nəticə kifayət edir.

- “Qarabağ”ın heyətində bəyəndiyiniz futbolçular varmı?

- Ayrı-ayrılıqda hansısa oyunçunu fərqləndirmək istəmirəm. Çünki “Qarabağ” komanda olaraq möhtəşəm oynayır. Kollektivdə güclü birlik hiss olunur. Bunun sayəsində uğurlu nəticələr qazanılır.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə qarşılaşacaq. Yığma bu görüşlərdə hansı nəticəyə ümid edə bilər?

-“Qarabağ”ın Avropadakı uğuru milli komandaya da təsir edir. Çünki həmin əsas heyətdə oynayan yerli futbolçular yığmanın da şərəfini qoruyurlar. İslandiya seçməsi məğlub edilməyəcək komanda deyil. Onlardan Bakıda 3 xal almaq olar.

- Vaxtilə adınız “Xəzər Lənkəran” və “Neftçi” ilə hallanırdı. Niyə Azərbaycanda işləməyəniz alınmadı?

-Bəli, müəyyən fikirlər olmuşdu, lakin maaş və digər məsələlərə görə ortaq məxrəcə gələ bilmədik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri