Yohan Vadeful: Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır.
"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful ölkəsinin "Tagesschau" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Almaniya üçün əhəmiyyəti ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxır, çünki Cənubi Qafqaz regionu həm də Avropa ölkələrinin əhəmiyyətli həcmdə xammal və digər zəruri resurslar əldə etdiyi Mərkəzi Asiya ilə birləşdirici halqa rolunu oynayır.
"Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm təchizatçısıdır. Rusiya tədarükündən daha çox müstəqil olmalı olduğumuz bir dövrdə isə bizə etibarlı təchizatçılar lazımdır, Azərbaycan da onların sırasına daxildir. Gələcəkdə bu əməkdaşlığın genişlənməsi və dayanıqlığı iqtisadiyyatımızın, eləcə də münasib qiymətə enerjiyə ehtiyacı olan istehlakçıların maraqlarına cavab verir", - XİN başçısı bildirib.
Almaniya tərəfinin Azərbaycana səfəri zamanı tədarük həcmlərinin artırılması mümkünlüyü ilə bağlı konkret danışıqlar apara bilib-bilmədiyi barədə suala Y. Vadeful müsbət cavab verib.
"Bəli, müvafiq razılaşmalar artıq əldə olunub və onların icrasına gələn il başlanacaq. Bu əməkdaşlıq davam etdirilməli və genişləndirilməlidir. Bunun üçün siyasi təməl lazımdır - xarici işlər naziri kimi mən məhz bununla məşğul oluram. Bütün digər məsələlər özəl şirkətlər tərəfindən razılaşdırılacaq. Lakin biz bu prosesi dəstəkləyirik", - o əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, qlobal qeyri-müəyyənlik şəraitində Avropaya ticarət və enerji təchizatında etibarlı tərəfdaşlar lazımdır: "Hesab edirəm ki, Cənubi Qafqaz onların sırasına daxildir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















