Icma.az
close
up
RU
Yol Fondunda ciddi pozuntular: milyonlar necə xərclənib?

Yol Fondunda ciddi pozuntular: milyonlar necə xərclənib?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hesablama Palatası Yol Fondunda planlaşdırma və xərc uyğunsuzluqları aşkar edib.

Globalinfo.az xəbər verir ki, Hesablama Palatası “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2024-cü il üzrə gəlir və xərclərini təhlil edərkən proqnozlaşdırma, xərclərin təsnifatı və vəsaitlərin istifadəsi ilə bağlı bir sıra nöqsanlar müəyyən edib.

Məlumata görə, 2024-cü ildə Fondun gəlirləri 330 mln. manat proqnoza qarşı 506,4 mln. manat və ya 153,5% səviyyəsində icra olunub. Bununla yanaşı, bəzi gəlir mənbələri üzrə proqnozlar düzgün hesablanmayıb. Belə ki, yük daşımalarının sadələşdirilmiş vergi öhdəliyindən çıxarılması nəzərə alınmadan proqnoz tərtib edilib, həmçinin gəlir mənbələri siyahısından çıxarılmış dövlət rüsumu üzrə 8 mln. manat proqnoz təsdiqlənib və 5,3 mln. manat icra olunub.

Hesablama Palatası qeyd edib ki, Fond vəsaitləri əsasən cari xərclərə yönəldilsə də, büdcə sənədlərində bu vəsaitlər tam həcmdə əsaslı xərclər kimi göstərilib. Eyni zamanda, qaydalarda nəzərdə tutulmadığı halda 2024-cü ildə Fondun vəsaitlərindən 19,6 mln. manat bank kreditləri üzrə ödənişlərə, eləcə də Agentliyin aparatının saxlanmasına vəsait ayrılıb.

Təhlil zamanı müəyyən edilib ki, Agentliyin tabeliyində olan hüquqi şəxslər üzrə gəlir və xərc smetaları tərtib olunmayıb, avtomobil yollarının vahid dövlət reyestri isə indiyədək formalaşdırılmayıb. Bu isə həm yolların dəqiq uçotunu, həm də xərclərin şəffaf proqnozlaşdırılmasını çətinləşdirib.

Məlumata əsasən, 2024-cü ilin sonuna Agentliyin daxili uçotunda uzunluğu 858,4 km olan qara, 5400,9 km olan çınqıl-qırmadaş və 56 km olan torpaq örtüklü yollar qalıb. Qeyri-asfalt yolların xüsusi çəkisinin 35,2% olması isə yol infrastrukturunda problemlərin davam etdiyini göstərib.

Bundan başqa, yol-nəqliyyat hadisələri nəticəsində yol təsərrüfatına 890,7 min manat ziyan dəyib, bunun yalnız 457,4 min manatı və ya 51,3%-i ödənilib.

Hesablama Palatası həmçinin vurğulayıb ki, “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılmasından sonra “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir mənbələrinin azalması onun metodoloji aktuallığı ilə bağlı suallar yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri