Yol polisi qayda pozan həmkarını öldürdü
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Dağıstanda yol polisi əməkdaşı rayon polisini öldürüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, istintaq orqanları Mahaçqalada polis sahə müvəkkilinin həlak olması faktı üzrə cinayət işi qaldırıblar.
Dağıstan Respublikası üzrə İstintaq Komitəsinin İdarəsinin mətbuat xidmətinin məlumatına görə, xidmətdə olmayan polis əməkdaşı yol hərəkəti qaydalarını pozan avtomobilin təqibi zamanı YPX əməkdaşının xidməti silahından açılan atəş nəticəsində ölümcül yara alıb.
Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsi (ehtiyatsızlıqdan adam öldürmə) və 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) üzrə açılıb.
İlkin istintaq versiyasına görə, qayda pozan şəxs Dövlət Avtomobil Müfəttişliyi əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina edib. Hərəkətə mane olmaq üçün yolun qarşısını kəsən polis əməkdaşını vurub və bundan sonra hadisə yerindən qaçmağa cəhd göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















