Yol polisi şəxsi telefonu ilə çəkdiyi video əsasında cərimə yaza bilərmi?
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sürücülərin tez-tez şikayət etdiyi məsələlərdən biri də DYP əməkdaşlarının şəxsi mobil cihazlar vasitəsilə sürücülərin qayda pozuntularını çəkdiyi və bunu əsas gətirərək cərimə yazmalarıdır.
Bəs görən bu nə dərəcədə doğrudur?
Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati tənbeh tədbirləri İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə nəzar salaq. DYP inspektoru şəxsi mobil cihazı ilə qayda pozuntuları qeyd edə bilərmi?
İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydalarının pozulmasının qeydə alınması sertifikatı olan və rəsmi reyestrə daxil edilmiş xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. DYP əməkdaşının şəxsi telefonu belə bir vasitə olmadığı üçün onun videoçəkilişi inzibati qaydada yeganə sübut ola bilməz.
Telefonda göstərilənvideoya görə cərimələnə bilərsinizmi?
DYP əməkdaşı sizə bu videonu göstərə bilər, lakin qeyd şəxsi telefonda aparılıbsa, bu hüquqi sübut hesab olunmur. İnzibati Xətalar Məcəlləsinin 418.1-ci maddəsinə əsasən sübutlar qanunla müəyyən edilmiş qaydada əldə edilməlidir. Video sertifikatlı avadanlıq olmadan çəkilibsə, cərimədən şikayət edə bilərsiniz.
Bəs yol polisi sizi saxlayıb telefonda video göstərsə nə etməli?
Çəkiliş üçün hansı texniki avadanlıqdan istifadə olunduğunu aydınlaşdırmaq lazımdır. Əgər bu şəxsi telefonla qeydə alınıbsa o zaman sizə yazılan cərimə protokolunun surətini tələb edin və izahatınızda videonun müfəttişin şəxsi telefonunda lentə alındığını göstərin.
Əgər sizə artıq cərimə yazılıbsa videonun qeyri-qanuni çəkildiyini əsas gətirərək, bununla bağlı DYP İdarələrinə və ya məhkəməyə müraciət edə bilərsiniz.
Nəticə olaraq DYP əməkdaşl çəkiliş apara bilər, lakin şəxsi telefondan istifadə edirsə, bu, cərimə üçün hüquqi əsas deyil. Qərar yalnız belə bir video əsasında verilibsə, ondan şikayət edə bilərsiniz.
Orxan Əli
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 12 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















