Yol polisi velosipedçilərə müraciət etdi
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçiləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə və təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
İdarədən AZXEBER.COM-a verilən məlumata görə, cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
BDYPİ bildirib ki, velosipedçilər yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sırasındadır. Velosipedlərdə qəza zamanı sürücünü qoruya biləcək konstruktiv təhlükəsizlik elementlərinin olmaması toqquşmaların ağır nəticələrə səbəb olma riskini artırır.
İdarə xüsusilə respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxsləri ehtiyatlı olmağa çağırıb. Qeyd olunub ki, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə görünürlüğü təmin edən tədbirlərin görülməməsi, eləcə də texniki cəhətdən nasaz velosipedlərdən istifadə qəza riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçilər xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidirlər. Velosipedlərin texniki cəhətdən saz olması, lazımi avadanlıqla təchiz edilməsi, həmçinin idarəetməyə mane olan yük və sərnişinlərin daşınmaması vacibdir.
BDYPİ velosipedçiləri və ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 09 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















