Icma.az
close
up
RU
Yol polisindən sürücülərə müraciət

Yol polisindən sürücülərə müraciət

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır”

“İyunun 10-u saat 9 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun 8-ci kilometrliyində 1994-cü il istehsalı olan 10-VL-923 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yollarda hərəkəti ciddi təhlükə mənbəyidir. Nəzərə almaq lazımdır ki, belə nəqliyyat vasitələrinin istismarı ilbəil daha da çətinləşir. Bir çox hallarda istehsaldan çıxarılmış modellərin ehtiyat hissələrinin istehsalı da dayandırıldığı üçün avtomobilin texniki cəhətdən saz vəziyyətdə saxlanılması mümkün olmur. Bu isə həm nəqliyyat vasitəsinin etibarlılığına, həm də yol hərəkəti təhlükəsizliyinə birbaşa mənfi təsir göstərir”.

AYNA.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, xüsusilə dağlıq və mürəkkəb relyefə malik yollarda hər hansı texniki nasazlıq daha ağır nəticə deməkdir. Başqa sözlə, eyni nasazlıq sadə yol şəraitində nisbətən daha az fəsadlar doğurarsa, enişli-yoxuşlu, yaxud sərt döngəli yollarda bu hal ağırlıq dərəcəsi daha çox olan qəzalara zəmin yarada bilər.

“Nəzərə alınmalıdır ki, texniki vəziyyəti təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrinin istismarı həm sürücü və sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün real təhlükədir”, - vurğulanıb.

BDYPİ nəqliyyat vasitəsi sahiblərinə avtomobillərin texniki vəziyyətinə məsuliyyətlə yanaşmağı, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmağı və təhlükəsizlik baxımından risk yaradan nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 İyun 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see370

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see273

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see245

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see225

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see225

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see216

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see214

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see209

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see208

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see207

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see205

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see205

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see203

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see197

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see194

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see187

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see184

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see179

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see166

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri