Icma.az
close
up
RU
Yol polisinin belə “qulluğunda durmağa hazır olduğu” Xanı dayı kim idi? VİDEO

Yol polisinin belə “qulluğunda durmağa hazır olduğu” Xanı dayı kim idi? VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən tanınmış kəşfiyyatçı, Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Avtosfer.az xəbər verir ki, hadisə Ağdam rayonunun Mirəşelli kəndinin keçmiş neytral ərazisində baş verib.

Səyyaf Əhmədov Vətən müharibəsi illərində ön cəbhədə göstərdiyi igidlikləri ilə seçilirdi. O, döyüş meydanında dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas etmiş, kəşfiyyat əməliyyatlarında xüsusi şücaət nümayiş etdirmişdi. Müharibədən sonra da o, daim torpaqlarımızın təhlükəsizliyi üçün fəaliyyətini davam etdirib. Qohumlarının və silahdaşlarının sözlərinə görə, Xanı sadəliyi, mərdliyi və zarafatcıl xasiyyəti ilə hər kəsin sevimlisi idi.        

“Xanı” ləqəbinə gəlincə, özü belə nəql edirdi:

“Mənə ona görə “Xanı” adı verilib ki, bir balaca zümzüməm var. Tədbir olanda Raquf Orucov deyirdi ki, “Xanı”, bir “Ana” segahı oxu. İnanırsınız, bilmirdim ki, Raquf Orucovun anası şəhid olub”.

Dostlarının da dediyi kimi, heç kim onu atasının qoyduğu adla çağırmırdı. Adını özü qazanmışdı baş gizir...

Xanı dayının adı həm də sosial şəbəkələrdə tez-tez gündəmə gəlirdi. Onun yol polisi ilə çəkilmiş məşhur bir videosu var idi. Həmin görüntülərdə yol patrul xidmətinin əməkdaşları Xanı dayını saxlayaraq, zarafatla qayda pozduğunu bildiriblər. Daha sonra isə polis əməkdaşları onunla fəxr etdiklərini, qəhrəman olduğunu və xidmətində hər zaman hazır olduqlarını xüsusi vurğulayıblar. Bu video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çox sayda izlənmiş və Xanı dayının sadəliyini, həm də xalqın sevgisini əks etdirmişdi.

Onu tanıyanlar bildirirlər ki, Səyyaf Əhmədov yalnız döyüşlərdə deyil, gündəlik həyatda da mərdliyi və insanlara qarşı qayğıkeşliyi ilə seçilirdi. Onun qəfil itkisi ailəsini, yaxınlarını, döyüş yoldaşlarını və bütün Azərbaycan ictimaiyyətini dərindən sarsıdıb.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri