Icma.az
close
up
RU
“Yol polisləri uşaqların gözü qarşısında mənim şərəf və ləyaqətimi alçaldıblar” Şəmkir sakinindən rəsmi qurumlara MÜRACİƏT

“Yol polisləri uşaqların gözü qarşısında mənim şərəf və ləyaqətimi alçaldıblar” Şəmkir sakinindən rəsmi qurumlara MÜRACİƏT

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkir rayonu, Təzəkənd kənd sakini Əliyev Amid Balay oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Dövlət Yol Polisİ (DYP) əməkdaşlarından şikayət edən A.Əliyevin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, yüksək dərəcədə şəkər xəstəsiyəm. Bir dəfə də şəkər xəstəliyinə görə bağırsağımdan əməliyyat olunmuşam.

29.11.2024-cü il tarixində, saat 16:10 radələrində mənə məxsus olan “VAZ 2106” markalı, 57-CD-112 qeydiyyat nömrə nişanlı avtomobilimlə evimə gedərkən gördüm ki, Dövlət Yol Polisi İdarəsinin 99-YP-231 nömrəli yol patrul avtomobili arxamda dayanıb. Həmin vaxt yol patrul xidmətinin avtomobilində olan 3 nəfər polis əməkdaşından 2-si düşərək, mənimlə çox kobud formada danışdılar. Onlar ilk öncə əlimdən telefonu almaq istədilər. Mənə bildirdilər ki, içkilisən, polisin saxla əmrinə tabe olmamısan.

Bildirdim ki, içkili deyiləm və siz mənə heç bir saxla əmri verməmisiniz. Sənədlərim qaydasındadırsa, niyə saxlamayım?! Əlavə etdim ki, istəyirsiniz həkimə gedək, içkili olmadığım təsdiq olunsun.

Onlar yenə yaxamdan tutaraq telefonu əlimdən almaq istədikdə, soruşdum ki, siz hansı haqla evimin qarşısında mənim yaxamdan dartışdırır və telefonumu əlimdən almaq istəyirsiz? Mənə dedilər ki, bu dəqiqə Post Patrul Xidmətinin əməkdaşlarını çağırıb, səni şöbəyə apararıq, orada ağıllanarsan.

Məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Bu zaman DYP əməkdaşları hadisə yerindən dərhal qaçdılar.

Qeyd edim ki, hadisədən sonra mənim şəkərim, təzyiqim qalxdı. Komaya düşməyimə az qalmışdı. 103 nömrəsinə zəng vurmaqla "təcili yardım” çağırdılar.

30.11.2024-cü il tarixində yenidən mənim şəkərim və təzyiqim yüksəldi. Ailə üzvlərim məni dərhal Şəmkir rayon Təcili Tibbi Yardım Şöbəsinə apardılar. Orada mənə həkimlər tərəfindən yardım göstərildi.

Bildirim ki, polislər uşaqların gözü qarşısında mənim şərəf və ləyaqətimi alçaldıblar. Övladlarımdan biri qorxub, həyəcan və stress keçirib, gecələri yata bilmir. Bir gecədə 3-4 dəfə oyanır, evin içində qaçır.

99-YP-231 Yol Patrul Xidmətinin maşınında olan 3 polis əməkdaşı ölkə rəhbərliyi tərəfindən qoyulan qayda-qanuna əməl etmirlər”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyevlə əlaqə saxladıq. “Bu hadisə 40 gün əvvəl baş verib. Şikayətçi məsələ haqqında çoxdan məlumat verməli idi. Əgər vaxtında məlumat versəydi, onun içkili olub-olmadığı müəyyənləşərdi”, - deyə o, bildirdi.

Əlavə etdi ki, vətəndaş dyp.gov.az saytına daxil olaraq, müraciət formasını doldursun, orada ona icraçı təyin olunacaq.

Aynurə MUSTAFAYEVA

P.S. Aydın olduğu kimi, vətəndaşın şikayətinə ona görə baxılmır ki, bu işin üzərindən xeyli müddət keçib. Bundan sonra şikayət edən vətəndaşa necə sübut edə bilərik ki, o, içkili olub, yoxsa yox. Əgər vətəndaşın əlində həqiqətən də tibbi arayış olsaydı, təbii ki, Dövlət Yol Polisi həmin məsələni araşdırardı. 

P.P.S. Biz şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc etdik. Əlbəttə, redaksiya olaraq, burada yazılanlara şərik deyilik. Sadəcə, mətbuat haqqında qanuna istinad edərək, redaksiyamıza daxil olan şikayəti olduğu kimi işıqlandırmağa üstünlük verdik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri