Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Yol qəzalarının əsas səbəbləri KÜNCDƏN BAXIŞ

Yol qəzalarının əsas səbəbləri KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elçin Bayramlı

Avtomobil qəzaları ilə bağlı faciələr son vaxtlar daha tez-tez baş verir. Bunun səbəbləri haqda çox yazılıb, çox danışılıb, lakin hələ də bu problemin həlli ilə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Burada çox sayda səbəblər var- yol infrastrukturunun bəzi yerlərdə təhlükəli olması, sürücünün yorğunluğu, avtomaşınların texniki vəziyyətinin yaxşı olmaması, sürücülərin qeyri-peşəkarlığı, yolverilən sürət həddinin keçilməsi və s.

Bu səbəblər arasında, məncə, ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də, şəhərlərarası avtobusların çoxu yolverilən sürət həddini xeyli dərəcədə keçir. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların da 110-la getdiyim yolda saatda 150 ilə yanımdan şütüyüb keçməsinin şahidi olmuşam. Halbuki, avtobusların 90 km/saat-dan artıq sürətlə getməsi qadağandır.

Ən dəhşətlisi orasıdır ki, 50 nəfər daşıyan avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, normal sürətlə sürməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar. Burada sürücü və sərnişinlər arasında yazılmamış qanun, gizli razılaşma var sanki. Bax bu sürətli həyat tərzi əksər faciələrin səbəbkarıdır.

21-ci əsrdə “sürət əsri” demək, avtomobili yolverilən həddən yüksək sürətlə idarə etmək deyil. Bəziləri bu ifadəni səhv başa düşüblər və bu səhv də onlara həyatları bahasına başa gəlir. Həm də təkcə özlərinin yox, günahsız başqalarının da...

Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki, bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir.

Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, yüksək sürətlə sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazəverilən normadan 2-3 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti ideal deyil.

Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır. Ekspertlərin rəyinə görə, uzun yola çıxanda göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər iki saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar- o da, məcburən- yemək üçün.

Daha bir səbəb isə qeyd etdiyimiz kimi, yol infrastrukturu ilə bağlıdır. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var. Onlardan biri də tez-tez qəzaların baş verdiyi, elə bu son faciənin də yaşandığı Bakı-Quba avtomobil yoludur. Bu yolun necə çəkildiyi, nə qədər böyük vəsait xərcləndiyi, neçə ilə dağılıb sıradan çıxdığı haqda hamının məlumatı var. Bu səbəbdən bundan danışmayacağam. Hazırda bu yolda çox böyük yenidənqurma işləri gedir. Yol sökülərək yenidən çəkilir. Hələlik, yolun əksər yerlərində bir hərəkət hissəsi çəkilib və bu səbəbdən cəmi 1 gediş-1 gəliş zolağı var. Bu da şəhərlərarası yol üçün təhlükəli vəziyyət deməkdir.

Bu səbəblərdən, ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək. Təəssüf ki, bu, acı həqiqətdir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri